“Qarabağ” klubu yığmanın qapıçısını transfer etdi
Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevi transfer edib.
Publika.az kluba istinadən xəbər verir ki, “Qarabağ” “Zirə”dən ayrılan qapıçı ilə müqavilə imzalayıb.
Qeyd edək ki, E.Balayev “Neftçi”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Ayntraxt” (Almaniya), “Qarabağ”, “Səbail” və “Tobol” (Qazaxıstan) klublarının da formasını geyinib.