Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Ətraflı

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

Ətraflı

Şuşada atəşfəşanlıq

Ətraflı

Şuşada yeni tikilən məscid belə olacaq

Ətraflı

“Minsk qrupu işğalçı ilə işğala məruz qalana fərq qoymur”

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli  Modern.az-ın suallarını cavablandırıb.


– Əli müəllim, bildiyiniz kimi iyulun 6-da ölkə başçısı  koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışından sonra bir neçə televiziya kanalına müsahibə verib. Dövlət başçısı həm də pandemiya ilə mübarizədə beynəlxalq güclərin koordinasiya olunmasının vacibliyi barədə danışıb. Bu baxımdan Azərbaycanın yerini və mövqeyini necə görürsünüz? 
 

– Bütün bəşəriyyət üçün qlobal təhlükə mənbəyi olan pandemiyanı heç də təsadüfən dünya müharibələri ilə müqayisə etmirlər. Bu bioloji düşmənə qarşı bütün dövlətlər və xalqlar həmrəylik nümayiş etdirməsələr, nəticələr daha ağır olacaq. Ona görə də Azərbaycan hökuməti çox əhəmiyyətli təkliflərlə çıxış edərək üzvü olduğu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində bu vəziyyətdən birgə çıxış yollarını aramaqda davam edir. Prezident İlham Əliyevin bu yaxınlarda BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün dünyanın 130 ölkəsi tərəfindən dəstəklənməsi Azərbaycanın və onun rəhbərinin getdikcə yüksələn beynəlxalq nüfuzunun göstəricisidir. Ölkəmiz artıq bu miqyasda mütərəqqi təşəbbüslər müəllifi kimi tanınır. Bu, həm də onu göstərir ki, hətta daha böyük dövlətlər də Azərbaycanın beynəlxalq aləmdəki roluna layiqli qiymət verməyə başlayıblar, onu beynəlxalq siyasətin əhəmiyyətli aktyoru kimi qəbul edirlər. 


– Son dövrlərin ictimai-siyasi ab-havasına nəzər saldıqda  ölkəmizin yüksələn nüfuzu baxımından Dağlıq Qarabağ probleminin həllinə də təsirsiz ötüşmədiyini müşahidə edirik. Bu barədə sizin də fikirlərinizi eşitmək maraqlı olardı.  
 

– Bəli, tamamilə haqlısınız. Bu, ən güclü amildir. Elə götürək rəsmi Yerevanın Azərbaycan Prezidentinin sözügedən təşəbbüsünə münasibətini. Göründüyü kimi, bu təklifə mənfi rəy verən yeganə ölkə Ermənistan oldu. Nəticədə hamı bir daha anladı ki, bu ölkə xoş niyyətli deyil. Digər tərəfdən, Azərbaycanın irəli sürdüyü istənilən təklifə və təşəbbüsə hər zaman “yox” deyən Ermənistan rəhbərliyi öz nadan obrazını bütün dünyaya bir daha tam çılpaqlığı ilə təqdim etmiş oldu. Son dövrlər Dağlıq Qarabağ məsələsində bir sıra beynəlxalq təşkilatlar tərəfindən rəsmi bəyanatlarla Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi, açıq mətnlə işğal faktının mövcudluğuna diqqətin yönəldilməsi Ermənistanın hakim dairələrində narahatçılığa səbəb olub. Cənab İlham Əliyevin müsahibəsində dünya birliyinin hazırkı mövqeyini əhəmiyyətli amil kimi vurğulamaqla münaqişənin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına böyük inamını ifadə etdi.


– Maraqlıdır ki, Prezident İlham Əliyevin son müsahibəsində ATƏT və onun Minsk qrupunun fəaliyyəti ilə bağlı  ciddi və  kəskin tənqidi məqamlar yer alıb. Sizcə bu nə ilə bağlıdır?
 

– Əslində aşkardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında beynəlxalq vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun fəaliyyəti bu günə qədər heç bir müsbət nəticə verməyib. Xatırlayırsınızsa, hələ ulu öndər Heydər Əliyev həmsədrlərlə görüşərkən hər dəfə onların passiv mövqeyini tənqid edərək, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllini tezləşdirə bilən təkliflərin hazırlanmasını tələb edirdi. Bu qurumun son illərdəki fəaliyyəti isə heç bir yeniliklə müşayiət olunmur və tamamilə formal xarakter daşıyır. Çünki Minsk qrupu məsələyə qeyri-prinsipiallıq və laqeydlik nümayiş etdirməklə işğalçı ilə işğala məruz qalmış ölkə arasında fərq qoymur, hər iki tərəfin arqumentlərini eyni dərəcədə dəyərləndirərək əslində münaqişənin sonsuzluğadək uzanmasına şərait yaradır. Bu, sadəcə fəaliyyət görüntüsüdür. Dağlıq Qarabağda keçirilən saxta seçkilərə adekvat reaksiya verməyən ATƏT və onun Minsk qrupu eyni zamanda Qarabağda qanunsuz məskunlaşmaya və tikintilərə, hər şeyin erməniləşdirilməsinə, tarixin saxtalaşdırılmasına də göz yumur. Ona görə də hər dəfə bir bəhanə ilə orada baş verən hadisələri və prosesləri izləmək üçün faktaraşdırıcı missiyasını əraziyə göndərməkdən imtina edir. 


– Minsk qrupu tərəfindən “substansiv danışıqlar” termininin ortaya atılmasında məqsəd nədir? Bu, danışıqlar formatının dəyişməsi kimi anlaşıla bilərmi?
 

– Həmsədrlər həmişəki ənənələrinə sadiq qalaraq, hər dəfə guya yeni bir təklif səsləndirməklə əslində anlaşılmazlıq və çaşqınlıq yaradan mücərrəd ifadələrdən istifadə edirlər. Bu, məsələnin mahiyyətini gizlətmək, həm də məsuliyyəti öz üzərlərindən atmaq üçün onların tətbiq etdiyi fənddir. Yəni, tərəflər üçüncü tərəfin (vasitəçilərin) müdaxiləsi olmadan öz aralarında razılaşsınlar və bundan sonra Minsk qrupu bu razılaşmanı öz bəyanatı ilə təsdiq etsin. Gördüyünüz kimi, mahiyyətdə müsbətə doğru dəyişən bir şey yoxdur. 


– Belə olduğu halda danışıqların dalana dirəndiyini düşünmək olarmı? 
 

– Hesab edirəm ki, əgər ATƏT-in Minsk qrupu danışıqların konstruktiv məcraya yönəldilməsi istiqamətində səmərəli addımlar atarsa və səmimi olaraq münaqişənin həllini arzuladıqlarını konkret fəaliyyəti ilə nümayiş etdirərsə, o halda vəziyyətdə dönüş yaranar. Əks halda, Prezident İlham Əliyevin dediyi kimi, danışıqların heç bir mənası olmayacaq. Bu halda biz ölkəmizin ərazi bütövlüyünü, yəni tarixi ədalətin güc yolu ilə bərpa etmək hüququmuzdan istifadə edə bilərik. Bunun üçün Azərbaycanın imkanları və beynəlxalq dəstəyi, Ali BAŞ Komandanın siyasi iradəsi yetərincədir və 2016-cı ilin aprel döyüşləri zəfəri daima yaddaşlardadır. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 15.05.2021, 17:36

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

• 15.05.2021, 17:34

Zəngəzurda danışıqlar başladı: Muradov rəhbərlik edir

• 15.05.2021, 17:30

Udi xalqının çox böyük tarixi mirası var – İlham Əliyev

• 15.05.2021, 17:29

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

• 15.05.2021, 17:25

Operativ qərərgah məlumat YAYDI

• 15.05.2021, 16:20

“Rossiya 1” kanalında Rəşid Behbudova veriliş həsr edilib

• 15.05.2021, 16:09

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

• 15.05.2021, 14:15

“Xarıbülbül” festivalı Fransa mətbuatında

• 15.05.2021, 14:12

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

• 15.05.2021, 14:11

Azərbaycanda “Bayraktar”ların təlim uçuşları

• 14.05.2021, 21:34

Mehriban Əliyeva Qarabağdan yeni görüntülər paylaşdı – FOTO/VİDEO

• 13.05.2021, 1:10

Şuşada atəşfəşanlıq

• 13.05.2021, 1:08

Şuşada yeni tikilən məscid belə olacaq

• 13.05.2021, 1:00

Azərbaycanda Ramazan bayramı qeyd olunur

• 11.05.2021, 18:47

Lavrov İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin normallaşması haqda

• 11.05.2021, 18:46

Ermənilər Köçəryanın fotosunu yumurta atəşinə tutdular

• 11.05.2021, 11:56

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

• 11.05.2021, 11:54

Lavrov Əliyevə: “Sizin Putin ilə sazişlərinizi diqqətlə yerinə yetirəcəyik”

• 11.05.2021, 11:52

Görün Koçaryan nəylə öyündü – Ermənistanda pislə ən pis arasında seçim…

• 11.05.2021, 11:50

İrəvana imtiyazlar yaratmaq Moskva üçün yeni risklər yaradır – TƏHLİL

• 11.05.2021, 11:48

İlham Əliyevin Naxçıvandan verdiyi MESAJLAR…

• 11.05.2021, 11:46

Lavrov Şəhidlər Xiyabanını ziyarət etdi

• 10.05.2021, 15:41

Ümummilli lider bizə bu üç böyük miras qoyub

• 10.05.2021, 15:38

Putinlə Əliyev arasında telefon danışığı

• 10.05.2021, 15:36

Stalinin Hitlerin intihar xəbərinə reaksiyası: “Əclaf çox oynadı…”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031