Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Paşinyan ölkəni xunta rejimindən çıxarıb hara aparır? – kritik gəlişmə

Konstitusiyası “salfetka”, özü bonkrot – erməni dövləti belə  sökülür; Ermənistanın 1-ci ombudsmanı: “Dövlət olaraq bizim heç vaxt normal konstitusiyamız olmayacaq, çünki…”

Ermənistanda pandemiya ilə dərinləşən iqtisadi tənəzzül fonunda siyasi (konstitusion) böhran da günü-gündən böyüməkdədir. Paralel surətdə ölkədə anti-Rusiya ovqatı heç vaxt olmadığı qədər güclənməkdədir. Baş nazir Nikol Paşinyan narazı cəmiyyətin diqqətini əsas problemlərdən yayındırmaq üçün ən müxtəlif variantlara baş vurmaq xətti götürüb, hətta yeri gələndə konstitusiyanı belə tapdamaqdan çəkinmir.   

“Heç kimə sirr deyil ki, Ermənistanın sosial-iqtisadi vəziyyəti kritikdir, əslində bu, artıq tamamilə bonkrot olmuş bir dövlətdir”. Rusiyalı politoloq Vitali Arkovun hər hansı inkişaf perspektivi olmayan Ermənistana aid bu qiymətləndirməsi ilə razılaşmamaq qeyri- mümkündür. 

Mövcud acı gerçəyi sözsüz ki, Nikol Paşinyan da anlayır. Odur ki, nə qədər gec deyil, öz hakimiyyət dayaqlarını möhkəmləndirməyə çalışır. Parlamentdə qəbul edilən və ciddi qalmaqla səbəb olan son konstitusiya dəyişiklikləri buna bariz sübutdur.

*****

Məlumat üçün bildirək ki, bu il aprelin 5-ə Ermənistanda “Əsas Qanun”a dəyişikliklərin edilməsi və 2015-ci ildəki konstitusiya islahatına qədər təyin edilmiş Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinin dayandırılmasını nəzərdə tutan referendum planlaşdırılmışdı. Ancaq koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edildiyindən referendum baş tutmadı. Ardınca, iyunun əvvəlində Paşinyanın tərəfdarlarının konstitusion üstünlükdə olduğu (89+1) Ermənistan parlamenti konstitusiyaya dəyişikliklərlə bağlı referendumu ləğv etmək hüququ verən qanun qəbul etdi. Referendum ləğv olundu və iyunun sonunda parlament konstitusiyaya düzəlişlər etdi. Dəyişikliklərə əsasən, Konstitusiya Məhkəməsinin sədri Grayr Tovmasyan vəzifəsini itirdi, hərçənd o, hakim olmaqda davam edir.

Nikol 8 ayda erməniləri aclığa sürüklədi - İrəvanı çökdürən 10 FAKT

Xatırladaq ki, Tovmasyan Paşinyanın siyasi kursuna müxalif mövqedə olan, Serj Sərkisyan rejiminə yaxınlığı ilə tanınan şəxsdir. Konstitusiya Məhkəməsinin (KS) yeni tərkibi isə Nikol Paşinyana hər şeydən öncə opponentlərə qarşı sərt tədbirlərə hüquqi don geydirmək üçün lazımdır. Söhbət xüsusən də az öncə fantastik məbləğdə girov müqabilində (4 milyon dollar) azadlığa buraxılan eks-prezident, “Qarabağ klanı”nın ən odioz üzvü Robert Köçəryandan gedir.

Bu və digər səbəblərdən baş verənlər Ermənistanın müxalif və ictimai kəsimində konstitusiya çevrilişi, hakimiyyətin bir nəfərin əlində cəmləşməsi kimi qiymətləndirilir. Əslində də belədir. Özünü demokrat sayan “inqilabçı” baş nazir Ermənistanda faktiki surətdə əvvəlki rejimlərdən ciddi fərqlənməyən sərt idarəçilik bərqərar eləmək yolunu tutub.

Ancaq məsələ ondadır ki, Paşinyanın sələfləri də vaxtilə oxşar yolla getmiş, öz hakimiyyət maraqları naminə konstitusiyaya qeyri-legitim yollarla düzəlişlər etdirə bilmişdilər. Son olaraq Sərkisyan konstitusiyanı özünə uyğunlaşdırmağa çalışsa da (prezidentli üsul-idarədən parlamentli idarəçiliyə keçid), bu, ona müyəssər olmadı. İnqilab baş verməsi nəticəsində Serj Sərkisyan öz hakimiyyətinin ömrünü uzada bilmədi, yeni baş nazir postunu Nikol Paşinyan ələ keçirdi.   

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi - CANLI ...

Bu xüsusda Azərbaycan prezidenti İlham Əliyevin iki gün öncə yerli telekanallara müsahibəsində söylədiyi bir fikir yerinə düşür: “Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Bir jurnalist həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıb”.

*****

Düşmən ölkədəki hüquq müdafiəçiləri də vəziyyətdən narazılıqlarını açıq şəkildə bildirməyə başlayıblar.

“Ermənistanda indiyədək keçirilən konstitusiya dəyişiklikləri üzrə referendumların nəticələrinin heç biri mənim etibarımı qazanmayıb. Eynilə hazırkı hökumətin maraqlarına uyğunlaşdırılan son dəyişikliklərə də ciddi şübhələrim var”.

Erməni hüquq müdafiəçisi: “Biz Qarabağ müharibəsində qalib ...

“Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistanın ilk ombudsmanı, hüquq müdafiəçisi Larisa Allahverdiyan yerli mediaya açıqlamasında söyləyib.

Onun sözlərinə görə, 1995-ci ildəki ən utancverici referendum da daxil, Ermənistanda reallaşan hər üç konstitusiya referendumunun nəticələri etibarlılıq baxımından həmişə ictimai şübhələr doğurub. “Eləcə də 2015-ci il konstitusiyası bir çox kobud nöqsanlara malikdir. Bu konstitusiya keçmiş hakimiyyət (Serj Sərkisyan rejimi – YM) üçün yaradıldı, amma bu gün onun tamamilə fərqli bir hakimiyyət (Paşinyan iqtidarı – YM) tərəfindən mükəmməl istifadə olunduğunu görürük”, – deyə eks-ombudsman qeyd edib.

Fikrinə davam edən erməni hüquq müdafiəçisi deyib: “Yeni hökumətin proqramı, hansı ilə ki, o irəliləyir, mənəvi prinsiplərə əsaslanan dəyər sisteminə tamamilə ziddir. Çünki istənilən konstitusiya hüquqa, qanuna və cəmiyyətə söykənməlidir. Uyğunsuzluq da elə bundadır. Yəni yeni konstitusiya hakim siyasi qüvvənin maraqlarına uğun yaradılmır ki? Məndə əsaslı şübhə var ki, məhz belə olacaq. Bizdə hüquqa və qanunu hərfinə əsaslanan konstitusiya, deyəsən, heç vaxt olmayacaq. Yalnızca hakimiyyətdəki növbəti siyasi qüvvənin konkret maraqlarına uyğunlaşdırılan Əsas Qanun olacaq”.

Beləcə, erməni hüquq müdafiəçisi – sabiq ombudsman da etiraf edir ki, Ermənistan konstitusiyası de-fakto salfet kağızına çevrilib. Ancaq bu, əlbəttə ki, Azərbaycanın problemi deyil. Əksinə, müharibə vəziyyətində olduğumuz düşmən ölkədə daxili siyasi didişmələr və iqtisadi böhran nə qədər dərin olsa, bir o qədər bizim maraqlarımıza cavab verir. Çünki bu çəkişmələr işğalçını daha da taqətdən salır, Qarabağ cəbhəsində onun sayıqlığını azaldır, bütövlükdə onun tam iflasını yaxınlaşdırır… 


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031