Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Arye Qut: Bu, ermənilərin növbəti sərsəmləməsidir…

Xarici KİV-lərdə yayılmış məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin KİV-lərində də fəaliyyət göstərən bir erməni hərbi ekspert anonimlik şərti ilə bildirib ki, guya İsrail Təl-Əvivdə Ermənistan səfirliyinin açılması müqabilində Ermənistana mühüm hərbi sirlər verməyə razılaşıb.


Modern.az xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Ermənistan KİV-lərində də yayılmış bu təhrikçi informasiyanı şərh edib. Arye Qut qeyd edib ki, Ermənistan KİV-lərinin və Ermənistanın siyasi elitasının İsrail ilə Azərbaycan arasında ciddi qarşılıqlı münasibətlərə, o cümlədən bu iki ölkənin hərbi strateji əməkdaşlığına həmişə kin-küdurətlə və paxıllıqla yanaşması təəssüf doğurur.


Arye Qut vurğulayıb: “Ermənilər bir faktı heç cür “həzm edə” bilmirlər ki, Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı olan Azərbaycan bu hərbi-strateji tərəfdaşlıq sayəsində postsovet məkanında heç bir başqa ölkənin malik olmadığı texnoloji üstünlüklər qazanır. Bu, bizim tərəfdaşlığımızın paxıllığını çəkənlərə real və həqiqi cavabdır. İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, bu iki dövlət arasında siyasi və hərbi-texniki tərəfdaşlıq ən yüksək etimada və daimi dialoqa əsaslanır.


A.Qutun sözlərinə görə, bu gün İsrail-Azərbaycan tərəfdaşlığı şaxələnərək energetika, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrini əhatə edir. İsrailli ekspert vurğulayır:

“Ermənilər həsəd apara bilər, təhrikçi hərəkətlər törədə, cəfəng xəbərlər yaya bilər, lakin bu gün tarixi fakt ondan ibarətdir ki, Azərbaycanın hərbi sənayesinin qurulmasında İsrailin müdafiə şirkətləri fəal iştirak ediblər və bu iştirak davam edir. Bu baxımdan erməni təhrikçilər bilməlidirlər ki, bizim strateji münasibətlərimizə həsəd aparmaq o qədər də yaxşı hərəkət deyil. Azərbaycan uğurlu geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində regionun ən güclü geosiyasi aktoruna çevrilib, Cənubi Qafqaz kimi strateji regionda heç bir siyasi, iqtisadi məsələ və nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 28 illik tarixi ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlət arasında strateji münasibətlərin zəruri və həyat qabiliyyətli olması sübut edilib. Bizim dost ölkələr həqiqətən etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərir, biz tarixboyu heç vaxt bir-birimizə xəyanət etməmişik, həmişə bir yerdə, çiyin-çiyinə olmuşuq.


Ermənistan KİV-lərində guya “İsrailin Təl-Əvivdə Ermənistan səfirliyinin açılması müqabilində Ermənistana mühüm hərbi sirlər verməyə razılaşması” barədə cəfəng provokasion xəbərlər yayması çox gülünc, məsuliyyətsiz, qeyri-ciddi və qeyri-adekvat təsir bağışlayır.


Arye Qut soruşur: Doğrudanmı Yerevanda belə düşünürlər ki, İsrailin Müdafiə Nazirliyində və bu nazirliyin nəzarəti altında fəaliyyət göstərən hərbi şirkətlərdə uzaqgörməz, səfeh və məsuliyyətsiz adamlar oturub, onlar Təl-Əvivdə dilənçi kökündə və perspektivsiz Ermənistanın səfirliyinin açılması naminə mühüm hərbi sirləri verməyə hazır olacaqlar. Vəziyyətə daxildən yaxşı bələd olan bir adam kimi, bu təhrikçilərə demək istəyirəm: onu görməyəcəksiniz! Özü də bundan sonra Ermənistan İsrail ilə etimada əsaslanan münasibətlər qurmağa ümid bəsləyir. Təhrikçi erməni cənablara xatırlatmaq istəyirəm ki, İsrailin hərbi-sənaye kompleksi İsrail Müdafiə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən yetərincə ciddi qurum və peşəkarlardan ibarət çox məsul komandadır.


Ermənilərin yaydığı təhrikçi informasiyaya görə, “Azərbaycan cəbhə xəttində ermənilərə qarşı tədbir görə bilməyib, çünki ermənilər İsraildən alınmış informasiya əsasında profilaktik iş aparıblar”.


Növbəti sərsəmləmədir… Görünür, rəsmi Yerevan unudur ki, bugünkü Azərbaycan Ordusu qüdrətli, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. Qut qeyd edir ki, müasir müharibədə hansı tərəf döyüş əməliyyatlarını daha müasir yüksək texnoloji vasitələrlə təmin etmək imkanına malikdirsə, həmin tərəf qalib gəlir.


İsrailli ekspert vurğulayıb: “2016-cı ilin Aprel əməliyyatı zamanı İsraildən alınmış pilotsuz zərbə qurğularının erməni işğalçılara qarşı səmərəli tətbiqini xatırlamaq kifayətdir və bu barədə çox danışmaq olar. Heç kəs unutmayıb ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan ordusuna sarsıdıcı zərbə endirdilər.


Arye Qut yazır: “Bir neçə ay bundan əvvəl mən təmas xəttində oldum və atəşkəs rejiminin amanabənd olmasını real hiss etdim. Müasir, güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonunda gördüyümüz ölkə deyil. Hər kəs çox yaxşı anlayır ki, üçüncü ölkənin dəstəyi olmasaydı, dilənçi kökündə olan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri artıq tükənməkdədir. Rəsmi Bakı Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Lakin Ermənistanın hərbi və siyasi rəhbərliyinin sərsəm bəyanatları və İsrail ilə Azərbaycanın arasını vurmaq cəhdləri onu göstərir ki, ermənilər çox narahatdırlar, qorxuya və təşvişə düşüblər”.


İsrailli ekspert vurğulayır: “2016-cı ilin Aprel hadisələri zamanı Azərbaycan Ordusunun sürətli əks-hücumundan sonra Ermənistan ordusunun müdafiə xətti sarsıdıldı, Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyətli bir neçə yüksəkliyi və yaşayış məntəqəsini öz nəzarəti altına qaytaranda biz Ermənistanda real antiisrail isteriyasının və antisemitizmin şahidi olduq.


Erməni diasporu hətta İsraildə də Azərbaycan-İsrail tərəfdaşlığına qarşı etiraz nümayişləri keçirdi. İsrail ilə Azərbaycanın hərbi əməkdaşlığı məsələsinin Ermənistan tərəfindən tənqid edilməsinə gəldikdə, vurğulamalıyıq ki, Azərbaycanın və İsrailin dostlarını və tərəfdaşlarını yalnız bu ölkələr özləri seçir, hərbi-texniki sahədə strateji əməkdaşlığın və tərəfdaşlığın səviyyəsini özləri müəyyən edir”.


Qutun sözlərinə görə, İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyini, onun ərazi bütövlüyünü fəal dəstəkləyir.


Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut məqaləsinin sonunda yazır: “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 28 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində Azərbaycanda 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan üçün çox zəruri və çox əhəmiyyətlidir”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031