Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Paşinyanın qarşısında daha bir ciddi maneə

Son illərdə Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi (EAK) arasında münaqişə şiddətlənməkdədir. Ermənistanda hakimiyyətə gələn yeni siyasi qrupların kilsə ilə münasibətləri artıq daxili siyasətin tərkib hissəsinə çevrilib. Əvvəllər Qarabağ klanının nümayəndələri ilə yaxın münasibətdə olan Eçmiədzin iqtisadi qolunu və siyasi təsirini itirməyə başlayıb. Baş nazir Nikol Paşinyanın "Soros komandası" gündən-günə kilsəni subsidiyalı bir dövlətin siyasi və iqtisadi həyatından kənarlaşdırır.

Paşinyanın hakimiyyətə gəlişi ilə, Erməni Apostol Kilsəsi dağılmış Qarabağ klanının simvoluna çevrildi. Hökümət əleyhinə kampaniyalara açıq-aşkar şəkildə qoşulan, mövcud siyasi elitaya qarşı təbliğata maliyyə xərcləyən EAK keçmiş hakimiyyətin təzahürü kimi çıxış etməkdədir. Siyasi proseslərə müdaxiləyə öyrəşmiş, qeyri-qanuni yollarla pullar qazanan EAK-ın “dövlət içində dövlət” yaratmaq iddiası, iqtidar tərəfindən kilsənin rolunun cəmiyyətin həyatında məhdudlaşdırılması istiqamətində qərarlar qəbul etməsi, dərin konfliktin təməlini qoyub.

EAK-ın Ermənistan Respublikaçılar Partiyası (ERP) tərəfindən himayəsi, baş nazir N. Paşinyanın komandası tərəfindən maraqları təmin olunmayan biznes oliqarxları ilə işbirliyi içərisində olması, kilsənin siyasi elitanın qarşısında gözdən salınmasına gətirib çıxarıb. Beləliklə, baş nazirin kilsə ilə qarşıdurması, əslində, siyasi opponentləri ilə mübarizəsinə də yönəlib.

 

Paşinyan Gareginin ayağının altını qazır

Kritik həddə çatan münasibətlər fonunda Erməni Apostol Kilsəsi ilə baş nazir Paşinyanın komandası arasında açıq-aşkar qarşıdurma təhsil sistemində də özünü büruzə verir. 2003-cü ildən etibarən məktəb dərsliyinə salınmış “Erməni kilsəsinin tarixi” adlı fənnin Ermənistanın Təhsil Nazirliyi tərəfindən tədris planından çıxarılması kilsə və inanclı təbəqələr tərəfindən hiddətlə qarşılanıb. Bu fakt siyasi iqtidarın qəti sürətdə Apostol kilsəsinin fəaliyyətinə qarşı olduğunu və konfliktin həlli yolunda hansısa kompromisə getməyəcəyinə dəlalət edir.

Kilsənin, keçmiş siyasi hakimiyyətin dövründən qalan geniş səlahiyyətlərinin mövcud iqtidar tərəfindən azaldılması özünü, Yerevan şəhərində EAK-ın kilsə tikintisi üçün ayrıldığı torpaq sahəsinin bələdiyyə deputatı Levon Zakaryan (hakim “Mənim Addımım” fraksiyasının üzvü) tərəfindən bələdiyyələrə geri qaytarılması tələbində də büruzə verir.

Eyni zamanda, siyasi iqtidarın məqsədyönlü fəaliyyəti ilə Eçmiədzin şəhərinin meri olaraq məhz ateist Diana Qasparyan seçilib. Apostol kilsəsinin aqressiyasına səbəb olan bu hadisə, kilsə ilə iqtidar arasındakı münasibətlərin daha da sürətlə uçuruma yuvarlandığını göstərir.

Keçmiş rəhbərliyin kilsəyə qarşı aparılan elan olunmamış müharibəsinin kulminasiya nöqtəsi isə baş yepiskop Navasard Kçoyana qarşı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə cinayət işinin açılması idi. O, maliyyə cinayətlərində ittiham olunan Aşot Sukiasyan və keçmiş baş nazir Tiqran Sarkisyan ilə birgə Kipr qeydiyyatlı ofşor şirkətlərdən birinin 33 %-lik pay sahibi kimi ortağı olub .

və kilsə etiraza qalxır

Ermənistan hakimiyyəti hətta erməni kilsəsinin rəhbərinin dəyişdirilməsi məsələsini də nəzərədən keçirməkdədir. Buna səbəb kimi, keçmiş rejimin kilsə ilə əlaqələrinin yüksək səviyyədə olmasıdır. Belə ki, bu ilin aprel ayında bütün Ermənistanın katolikosu II Qaragen çıxışında həbs edilmiş keçmiş prezident Robert Köçəryanın səhhəti ilə bağlı azadlığa çıxmalı olduğunu bildirdi . Məhz bu çıxış siyasi rəhbərlik tərəfindən ciddi tənqid olundu və bir gün sonra baş yepiskop Navasard Kçoyanın cinayətləri ilə bağlı məsələlər ölkə ictimaiyyətinə açıqlandı. Daha sonra Nikol Paşinyan kilsə daxilində keşmiş oliqarxik rejimə yaxın nümayəndələrin hökumətin işindən narazı olduğunu və tez-tez siyasi proseslərə açıq-aşkar müdaxilə etdiyini bildirdi .

Bir sözlə, siyasi hakimiyyətini gücləndirmək məqsədi ilə ölkə daxilində keçmiş rejimlə əlaqələrə malik olan iş adamları, oliqarxlar və keçmiş hərbiçilərin zəiflədilməsi növbəsi artıq Erməni apostol kilsəsinə də çatıb. Unutmaq lazım deyil ki, Erməni apostol kilsəsi erməni milli kimliyinin ən vacib komponentlərindən biridir və kilsə üzərində dominantlıq hakimiyyət üçün olduqca təhlükəli proses hesab edilə bilər. Əhalinin 89%-nin özünü Erməni apostol kilsəsinin adepti hesab etməsi kilsənin iqtidara qarşı çevriliş potensialı daşıyan güc olduğunu göstərir və baş nazir Paşinyanın komandasının bu gücün qarşısını almaq üçün əlindən gələni edəcəyi istisna edilmir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930