Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ordumuz Qarabağ cəbhəsində – 100 illik foto

Bu gün Azərbaycan Milli Ordusunun yaradılmasının 102-ci ildönümüdür.

İmperiyalar şüarlarla deyil, ordularla qurulur. Dünya tarixinə üç böyük imperiya bəxş etmiş Azərbaycan türkləri bu işi güclü orduların, hərb sənətinin dahiləri olan görkəmli sərkərdələrin sayəsində bacarmışdılar. Ancaq Rusiya işğalından sonra müsəlman-türk əhalinin yüz il boyunca hərbi xidmətə götürülməməsi, təbii ki, xalqın döyüş vərdişlərinin yetərincə zəifləməsinə səbəb olmuşdu. Bu siyasətin ən mənfi cəhətlərindən biri xalqın nəinki öz milli hərbi qüvvələrindən, həm də milli zabitlərindən məhrum olması idi.

Ordumuzun meydana çıxması Müsəlman Korpusunun yaradılması ilə birbaşa bağlıdır.

Zaqafqaziya Komissarlığı 1917-ci ildə həm gürcü, həm erməni, həm də Azərbaycan xalqlarının milli hərbi qüvvələrinin yaradılmasını münasib bildi. O ilin 11 dekabrında həmin hökumət çoxluğu Azərbaycan türklərindən ibarət Müsəlman Korpusunun yaradılması haqqında qərar verdi. Korpusun komandiri rus-yapon müharibəsində “rus artilleriyasının Allahı” adını qazanmış general-leytenant Əli ağa Şıxlınski təyin edildi.

Ancaq korpus xalqı qorumaq gücündə deyildi. Buna görə 1918-ci ildə müstəqil dövlətin yaradıldığı elan edilən zaman azərbaycanlıların düşmən qarşısına çıxarmağa milli silahlı qüvvəsi yetmədi və özünü qorumaq üçün onlar Osmanlı dövlətindən hərbi yardım istəmək məcburiyyətində qaldı.

Osmanlı səltənətinin Baş komandan vəkili (müavini) Ənvər paşa öz qardaşı general Nuru paşanın komandanlığı altında 12-14 min nəfərlik Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.

Azərbaycan Cümhuriyyətinin elanından sonra hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusu “Əlahiddə Azərbaycan Korpusu” adlandırıldı.

İlk hökumət kabinəsində Hərbiyyə Nazirliyi olsa da, Gəncədə təşkil edilmiş ikinci kabinədə bu nazirlik nəzərdə tutulmamışdı, çünki ordu ilə bağlı bütün səlahiyyətlər Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya verilmişdi. Hökumətin tərkibində isə yalnız bu Ordunun komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil (İsmayıl xan Ziyadxanov) vardı.

Qafqaz İslam Ordusu komandanının 13 avqust 1918-ci il tarixli əmrinə əsasən, Əlahiddə Azərbaycan Korpusu birbaşa Qafqaz İslam Ordusu komandanlığına tabe edildi. Beləliklə, Azərbaycanın təxminən 20 min nəfərlik hərbi qüvvəsi yarandı. Bu qüvvə ağır hərbi əməliyyatlardan sonra 15 sentyabr 1918-ci ildə ingilis-rus-erməni hərbçilərindən təmizlədiyi Bakını Azərbaycanın əbədi paytaxtı etdi.

1918-ci ilin oktyabrında Osmanlı dövlətinin imzalamağa məcbur olduğu Mudros müqaviləsindən sonra türk ordusu Qafqazdan və Azərbaycandan çəkilməyə başladı. Buna görə hökumət 1 noyabr 1918-ci ildə Hərbiyyə Nəzarətinin yaradılması haqqında qərar çıxardı. Bu Nəzarət Baş nazirə həvalə edildi, onun müavini isə tam topçuluq generalı Səməd ağa Mehmandarov təyin olundu.

Mehmandarov 7 noyabr tarixli əmrində öz vəzifələrinin icrasına başladığını bildirdi. Ümumi Qərargahın rəisi vəzifəsi polkovnik Həbib bəy Səlimova tapşırıldı.

Xoyskinin 26 dekabr 1918-ci ildə təşkil edilmiş üçüncü hökumət kabinəsində Mehmandarov Hərbiyyə naziri təsdiqləndi. Dekabrın 29-da Şıxlınski onun müavini təyin olundu. Baş nazir Nəsib bəy Yusifbəylinin 1919-cu il aprelin 14-də və dekabrın 24-də təşkil etdiyi 4-cü və 5-ci hökumət kabinələrində də onlar bu vəzifələri tutdular.

Hökumətin 2 yanvar 1919-cu il qərarı ilə Əlahiddə Azərbaycan Korpusu ləğv olundu. Onun qərargahındakı zabitlər Hərbiyyə Nazirliyi aparatına və qoşun hissələrinə göndərildilər. 10 yanvar 1919-cu ildə Hərbiyyə naziri yanında yüksək rütbəli hərbi xadimlərdən ibarət Hərbi Şura yaradıldı. Martda general-leytenant Məhəmməd bəy Sulkeviç Baş Qərargahın Baş İdarəsinin rəisi vəzifəsinə gətirildi.

Hərbiyyə nazirinin 11 fevral 1919-cu ildə təqdim etdiyi süvari qoşunlarının türk dilində Əsasnaməsi və Azərbaycan Ordusunun geyim forması təsdiq edildi. Bunlar Azərbaycanın milli hərb tarixində ilklər idi.

Əlbəttə, Hərbiyyə Nəzarətini təşkil etməklə iş bitmirdi – ordunu əsgərlə təmin edəcək qurumun yaradılmasına da ehtiyac vardı.

26 may 1919-cu ildə Məclisi-Məbusan Azərbaycan Cümhuriyyətinin mərkəzi, qəza, dairə və şəhər hərbi idarələrinin yaradılması haqqında Əsasnaməni təsdiq etdi. Bildirildi ki, bütün Cümhuriyyətdə hərbi mükəlləfiyyət işinə baxan ali qurum Azərbaycan Mərkəzi Hərbi İdarəsidir.

1919-cu ilin oktyabrında Azərbaycanda milli zabit kadrları hazırlayan hərbi təhsil müəssisəsi – Hərbiyyə Məktəbi yaradıldı. Polkovnik Rüstəm bəy Şıxlınski onun rəisi təyin edildi. Məktəbdə oxuyanlar “yunker” adlanırdı. Təhsil müddəti iki il nəzərdə tutulmuşdu. 1920-ci il aprelin 24-də bu məktəbin vaxtından qabaq buraxılışı oldu, 104 zabit təhsilini uğurla başa vurdu. Çox təəssüf ki, cəmi üç gündən sonra Azərbaycan rus süngüləri ilə işğal olundu və həmin milli kadrların çoxunu işğalçılar cismən məhv etdi.

30 yanvar 1920-ci ildə hökumət Azərbaycan Cümhuriyyəti hərbi ordenlərinin, milli himninin, gerbinin və möhürünün layihələrinin hazırlanması haqqında qərar verdi.

Azərbaycan Ordusu öz fəaliyyəti dövründə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda rəşadətlə mübarizə apardı. Bakının azad edilməsində, Dağlıq Qarabağdakı qiyamın yatırılmasında, Yalama stansiyasında XI Qırmızı Ordunun qarşısının alınmasında öz vəzifəsini ləyaqətlə yerinə yetirdi. Ancaq arxasında böyük dövlətlərin dayandığı general Denikinin ağ ordusunu əzmiş XI Ordunun qarşısında dayanmaq mümkün deyildi.

Sovet Rusiyası Azərbaycanın müstəqilliyini aradan qaldırdığı kimi, onun Ordusunu da tarixdən sildi…

Yazıda təqdim etdiyimiz fotoşəkilləri gürcü əsilli fransız tarixçisi Giorgi Mamulia sosial media hesabında paylaşıb. Məşhur tarixçi fotoşəkillərə belə izah verib: “Azərbaycan ordusu Qarabağ cəbhəsində”. Tarixçinin paylaşdığı digər fotoşəkildə isə Azərbaycan ordusunun Baş qərargah rəisi Həbib bəy Səlimov təsvir edilib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930