Ermənistanda daha 759 yoluxma, 13 ölüm
Ermənistanda daha 759 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 13 nəfər virusdan ölüb.
Bununla da ölkədə infesiyaya yoluxanların ümumi sayı 23 247-yə, vəfat edənlərin sayı isə 410-a yüksəlib. Yoluxanlardan 12 149-u sağalıb, 10 688 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, Ermənistan dünyada koronavirusun ən çox yayıldığı 48-ci ölkədir.