“Yerevan ən böyük koronavirus ocağına çevrilib” Səhiyyə naziri
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusun yayılması barədə danışaraq, yoluxanların sayının 60-100 minə çatacağını əvvəlcədən proqnozlaşdırdıqlarını etiraf edib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, erməni baş nazir bu etirafını bu gün hökumətin iclasında edib.
Baş nazir, səhiyyə naziri Arsen Torosyandan yeni rəqəmlərin proqnozlaşdırılan çərçivəyə nə dərəcədə uyğun olduğunu və onların nə qədər artdığını soruşub.
Səhiyyə Nazirliyinin rəhbəri Arsen Torosyan qeyd edib ki, infeksiyanın daşıyıcılarının sayı 100 mindən azdır, lakin virusun aktiv daşıyıcılarının sayını hesablamaq çətindir.
"Gənclər arasında aşkar olunan halların yayılması azdır, yaşı çox olanlarda yayılma sürəti daha yüksəkdir", deyə səhiyyə naziri məlumat verib.
O, qeyd edib ki, Vanadzorda yayılma tempi iki həftə artıb və İrəvan, son zamanlarda böyük bir yayılma, yoluxma, koronavirus ocağına çevrilib. "Virusun hər yerdə olduğunu söyləyə bilərik", deyə Arsen Torosyan bildirib.