Qarabağdakı separatçıların ideoloqu koronavirusdan öldü
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki separatçı hərakatın əsas ideoloqlarından biri olan Hamlet Qevorkyan koronavirusdan ölüb.
Virtualaz.org bildirir ki, bu barədə hüquq müdafiəçisi Vardan Arutyunyan “Facebook” səhifəsində məlumat yayıb.
H.Qevorkyan tarix sahəsi üzrə professor olub.
Qeyd edək ki, son məlumatlara əsasən, Qarabağda indiyədək 113 nəfər koronavirusa yoluxub.