Paşinyan əclaf və şantajçıdır – Danielyan
Ermənistan Baş naziri Nikol Paşinyan şantajçı və əclafdır.
Axar.az xəbər verir ki, bu barədə Blinaews.am saytında İrina Danielyanın dərc etdiyi qeyddə bildirilib.
“Bu gün Nikol elan etdi: “siyasi cəsədlər” 6-7 televiziya kanalı vasitəsi ilə ölkə daxilində ləkə yaymaqla məşğuldur”. Siz bunu ciddi deyirsiz, cənab əclaf və illərin şantajçısı? Hətta baş nazir seçiləndə də meydanda belə bir elan verərək şantaj etdiniz: “Baş nazir seçilməsəm, Ermənistanın baş naziri olmayacaq!” – Danielyan yazıb.
P.S. Siz əvvəllər “Aykakan Jamanak”dan istifadə edirdiniz, niyə də olmasın: hökuməti şantaj etdiniz, oliqarxları şantaj etdiniz və onlardan götürülən pulları arvadınızın fonduna köçürdünüz”, – deyə qeyddə bildirilib.