Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ankara Ermənistan “çibanı”na girişir – Qarabağ üçün mühüm siqnal

Ermənilərin əsassız iddialarına qarşı vahid mərkəz yaradılır; İrəvan Türkiyə və Azərbaycanla tarixi anlaşma şansını həmişəlik itirmək üzrədir; sərhədlərin yenidən çəkilməsi mənfur qonşularımızın xeyrinə olmayacaq…

Saxta erməni “soyqırımı” məsələsi illərdir Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq üçün düşmən tərəfin əldə bayraq etdiyi mövzulardandır. Guya 105 il öncə Türkiyə dövlətinin genosid siyasətinə məruz qalan və öz “tarixi” torpaqlarını itirən “əzabkeş xalq” bu yolla heç olmasa, “tarixi ədaləti” bərpa eləməyə çalışır.

Ancaq əzəli Türk torpaqlarında təşəkkül tapan hazırkı Ermənistanda unudurlar ki, Cümhuriyyətin hüquqi-siyasi varisi olan indiki Azərbaycan Respublikası dünyada, BMT və digər beynəlxalq qurumlarda məhz Dağlıq Qarabağ da daxil olmaqla, SSRİ-dən çıxdığı sərhədləri çərçivəsində tanınır. Və bu gerçəklik heç vaxt dəyişməyəcək, əgər Azərbaycan özü bundan könüllü imtina eləməsə – təbii ki, bu da gözlənilmir.

İkinci yandan, əgər rəsmi İrəvan beynəlxalq hüquqdan doğan reallıqları ciddiyə almaq, qonşu Azərbaycanın və Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qəbul eləmək istəmirsə, o zaman bilməlidir ki, Bakı və Ankara da eyni məntiqlə sərhədlərin təzədən çəkilməsi haqqını özündə saxlayır. Yəni bumeranq effekti məsələsi.

Qısası, İrəvan qonşu ölkələrin suverenliyini və ərazi bütövlüyünü beynəlxalq sərhədlər daxilində tanımamaqla əslində ən əvvəl özünü avtomatik şəkildə beynəlxalq hüquqdan kənarda qoyur. Belədə Bakı ilə Ankara da Ermənistanın mövcud sərhədlər daxilində qalacağına artıq heç bir zəmanət vermirlər. Bu da o anlama gəlir ki, əgər hazırda cəbhə xətti Ağdamdan keçirsə, sabah İrəvandan da keçə bilər.

*****

Əfsus ki, siyasi avantüristlərin girovuna çevrilən erməni xalqı onun üçün hansı faciəvi oyunun oynanıldığının, hansı tələnin hazırlandığının fərqində deyil. Ermənilər əsl tərəqqi yoluna çıxmağın yeganə şərti kimi qonşu Türkiyə və Azərbaycanla vaxt itirmədən anlaşma şansını əbədilik itirmək üzrədirlər. Səbəb isə davam edən absurd və əsassız torpaq iddiaları, uydurulmuş “soyqırım” məsələsidir.

Tarixi yurdumuz İrəvan necə “Ermənistan” oldu?! – Analitik yazı

Yeri gəlmişkən neçə vaxtdır, işğalçı ölkədə vaxtilə Atatürk Türkiyəsi ilə Lenin Rusiyası arasında imzalanmış Qars və Moskva müqavilələrinin ləğvi üçün kampaniya aparılır. Kampaniyaya Paşinyan hökumətinin yetkilləri də qoşulub. Guya həmin müqavilələrlə tarixi erməni torpaqları (Şərqi Anadolu, Naxçıvan) Türkiyə və Azərbaycana verilib. Halbuki tam tərsi baş verib. Məhz Sovet dönəmində Azərbaycan-Türk torpaqları (Zəngəzur, Göyçə və s.) Azərbaycandan zorla qoparılaraq Ermənistana birləşdirilib.

İstənilən halda, erməni avantüristlər unudurlar ki, həmin müqavilələrin ləğvi, Ankara və Bakıya sərhədləri yenidən cızmaq fürsəti verəcək. İrəvanın özü belə, təzədən mübahisəli əraziyə çevriləcək. O zaman ermənilər kimə və nəyə arxayındırlar ki, yeni sərhəd dəyişməsi məhz onların ziyanına yox, xeyrinə yekunlaşacaq?

Əlbəttə ki, erməni heç bir əlavə ərazi almayacaq – üstəlik, indikini də itirə bilər. Ona görə ki, bugünkü Türkiyə və Azərbaycanın məcmu hərbi-siyasi gücü ermənilərin hətta öz havadarları hesabına belə, yeni ərazi qazanacağını tam istisna edir. Özəlliklə də regionun, hətta dünyanın supergücünə çevrilmiş qardaş ölkə ermənilərin “çəhrayı” arzularının reallaşması önündə vazkeçilməz əngəl olaraq qalır və qalacaq. Buna kimsənin şübhəsi olmasın.         

*****

Təsadüfi deyil ki, bəzi xristian dövlətləri xaric, dünya ictimaiyyətinə on illərdir yalançı soyqırımı qəbul etdirə bilməyən erməni lobbisi artıq strategiyanı dəyişib. Bu barədə “Türkiyə” qəzetindəki məqalədə deyilir. Nəşr bildirir ki, Türkiyə prezidenti yanında Ali Müşavirə Şurası Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda “erməni soyqırımı” məsələsini müzakirəyə çıxarıb.

95 yıllık ermeni yalanı - Şebnem KARSLI | Eurasia Diary

“Toplantıda erməni lobbisinin ”soyqırım" iddialarını Beynəlxalq Ədalət Məhkəməsində (Haaqa) qaldırmaq üçün strategiyanı dəyişdirdiyi, məsələni “soyqırım” yerinə “insanlığa qarşı cinayət” formasına çevirib nəticə almağa çalışdığı bildirilib. Bunun iki səbəbi göstərilir: əvvəla, Beynəlxalq Ədalət Məhkəməsi əsasən 1948-ci ildən sonrakı soyqırım iddialarına baxır; ikincisi, iddiaların meyarları çox sərt olduğu üçün soyqırım kimi qəbul edilməsi çətin məsələdir. Buna görə də ermənilər strategiya dəyişdirməyə başlayıblar" – qəzet yazıb.

İclasda bu dəyişikliklərin nəzarətdə saxlanılmasının vacibliyi də vurğulanıb: “Ona görə də Ərdoğan məsələ ilə bağlı təklifləri dəstəkləyib və ”soyqırım" iddialarına qarşı yeni bir qurumun yaradılmasına müsbət yanaşdığını deyib".

Söhbət Türkiyə dövlət başçısının rəhbərliyi ilə 1915-ci il hadisələrinin araşdırılması ilə bağlı yeni bir qurumun yaradılmasından gedir. “Yeni Müsavat” xatırladır ki, qardaş məmləkətin rəhbərliyi dəfələrlə Ermənistan başçılarına müraciət edərək “soyqırımı” araşdırmaq üçün beynəlxalq müşahidəçilər də daxil, tarixçilərdən ibarət birgə komissiya yaratmağı və arxivləri açmağı təklif edib.

Akhoyan: ''Ankara, Ermenistan ile ilişkileri normalleştirmeye ...

Lakin İrəvan, erməni lobbisi bundan imtina edib. Çünki arxivlər açılsa, genosidə ermənilərin deyil, türk-müsəlmanların məruz qaldığı qətiləşəcək. Rəsmi Ankara həmişə olduğu kimi, bu dəfə də öz arxivlərini dünyaya açıq elan edib.

*****

Son gəlişmələr isə göstərir ki, Türkiyədə ermənilərin uydurma iddialarına qarşı artıq vahid mübarizə mərkəzi formalaşdırılır. Bir sıra ekspertlərə görə, Ankara bu yolla ermənilərin saxta soyqırım və ərazi iddialarına qarşı (hansı ki, hətta Ermənistan konstitusiyasında əksini tapıb) təbliğati savaşda özünün bütün resurslarını cəlb eləməklə keyfiyyətcə yeni və daha effektli bir rıçaqı işə salmaq, ermənilərə qarşı taktikanı dəyişmək niyyətindədir.

Beləcə, Ankaranın İrəvana ən müxtəlif barışıq variantı təklif eləmək zamanı başa çatır. Xoşməramlı jestlər limiti bitib. Türkiyə artıq sərt tədbirlərə keçir. Ermənistan qardaş ilə anlaşma şansını faciəvi şəkildə itirdi. Demək, Qarabağ məsələsi ilə bağlı da burada dünyaya, öncəliklə təcavüzkar ölkəyə verilən mühüm siqnallar var.

Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu “Dostluq” ordeni ilə ...

Bu məqamda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun  ötən həftə Qarabağla bağlı verdiyi bəyanat yada düşür. Çavuşoğlu demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa eləmək üçün hansı variantı seçsə, Türkiyə onun yanında olacaq. Bu da işğalçıya növbəti və aydın bir müharibə mesajı.

Əlavə edək ki, bu günlərdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə ilə hərbi sahədə əməkdaşlığın daha dərinlışəcəyinin, qardaş ölkədən yeni silahların, o sırada ən müasir döyüş sistemlərinin, Suriyada və Liviyada sınaqdan əla çıxan, “ağıllı” raketlərlə təchiz olunmuş pilotsuz zərbə və kəşfiyyat aparatlarının (PUA) alınacağını, habelə birgə silah istehsalının genişləndiriləcəyinin anonsunu verib…


“Yeni Müsavat

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930