Diasporun QƏLƏBƏSİ: “Azərbaycan Evi”nin inşasına 6 ildən sonra icazə verildi
Rusiyanın Sverdlovsk şəhərində 18 mərtəbəli “Azərbaycan Evi”nin tikintisi sentyabrda başlayacaq.
Rusiya KİV-i xəbər verir ki, hazırda Azərbaycan diasporu ilə Sverdlovsk vilayətinin rəhbərliyi atasında tikinti işlərinin aparılacağı ərazi müəyyənləşdirilir.
Vilayət rəhbərliyi Yekaterinburqun Sulimov-Omskaya küçələrinin kəsişməsində, Bolşakov yaxud Akademiçeski küçələrindəki torpaq sahələrini “Azərbaycan Evi”nin inşası üçün təklif edir.
Xatırladaq ki, “Azərbaycan Evi”nin inşası ilə bağlı işlər 2014-cü ildə dondurulmuşdu. Tikinti ilə bağlı rəsmki icazə olsa da, şəhər sakinləri tikinti işlərinin Osnovinsk parkında tikilməsinə etiraz etmişdi. 6 il aparılan danışıqlardan sonra Azərbaycan diasporu məsələni hüquqi yolla həll edib.
yknews.az