Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Livanda anti-erməni üsyanı: Ermənilər panika içində

Erməni aparıcı Türkiyəni ittiham etdi, TV mühasirəyə alındı

Son günlər Ermənistan mətbuatında ən çox müzakirə olunan məsələ Livan erməniləri ilə bağlıdır. Bu mövzunun gündəmə oturması isə Livanda baş vermiş anti-erməni nümayişi ilə bağlıdır.

Belə ki, iyunun 11-də Beyrutun müsəlmanlar yaşayan kvartalında ermənilərin əleyhinə kütləvi tədbir keçirilib. Nümayiş zamanı Livan və Türkiyə bayraqları birgə dalğalanıb. Ermənistan və erməni diasporu bu olayı təəccüblə qarşılayıb. Ermənilər əmindir ki, sünni din xadimlərinin rəhbərliyi altında keçirilmiş bu nümayişi Türkiyənin Livandakı səfirliyi təşkil edib.

Bu məsələ ilə bağlı Ermənistanın “mirrorspectator.com” və “massispost.com” saytları geniş təhlil yazısı təqdim edib. Bu da təbiidir. Dünənə kimi İranın dəstəyi ilə yaradılmış şiələrə məxsus “Hizbullah” təşkilatı və onun rəhbəri Seyid Həsən Nəsrullahın qanadı altında özünü Livanda rahat hiss edən ermənilər birdən-birə güclü təpki ilə qarşılaşıblar.

Detallara keçməzdən öncə Livanla bağlı bəzi məqamlara diqqət edək.

Bu açar məqamlar Livanda baş verən siyasi prosesləri daha dərindən anlamağa yardımçı ola bilər.

Livanda 7 milyona yaxın insan yaşayır. Onların 61.1 faizi müsəlman, 33.7 faizi xristian, 5.2 faizi isə druzdur. Erməni mənbələrinin iddiasına görə, Livanda 156 min erməni yaşayır. Bu isə ölkə əhalisinin 4 faizi anlamına gəlir.

Erməni saytları yazır ki, hazırda Livanda siyasi və iqtisadi böhran yaşanır.

Koronavirus səbəbindən isə vəziyyət böhran xarakteri alıb. Belə bir fonda isə Türkiyənin dəstəyi ilə Livanda anti-erməni üsyanı baş verir.

“Mirrorspectator.com” saytı yazır ki, 400 il Livanın müsəlman və xristian əhalisi Osmanlı imperiyasının zülmü altında yaşayıb:

“Bu gün Beyrutun əsas meydanı erməni Martyrsin adını daşıyır. Onu da qeyd edək ki, Osmanlı İmperiyasının Livandakı son hakimi erməni Hovhannes Kuyumciyan olub”.

Deyək ki, Livanın son hakiminin erməni əsilli olması, əslində, erməni təbliğatının əleyhinə işləyir və onların arqumentlərini heydən salır.

Sayt yazır ki, Livanda ermənilərə o qədər böyük rəğbət vardı ki, hər il aprelin 24-də Livanda hər yer qapanırdı. İnsanlar ermənilərlə həmrəylik nümayiş etdirmək üçün belə edirdilər. Bu ənənə ötən il pozuldu. Ermənilər soyqırımı qeyd etmək üçün Beyrutda nümayiş keçirdilər.

Buna cavab olaraq sünni din xadimləri erməni soyqırımını rədd edən və Türkiyəyə dəstək verən kütləvi etiraz aksiyası təşkil etdilər:

“Əlbəttə, bu işin arxasında Türkiyənin Beyrutdakı səfirliyi dayanmışdı”.

Məqalədə deyilir ki, Livanın siyasi sistemi elədir ki, 18 dini qrup ölkə parlamentində iştirak edir. Bu səbəbdən də Livan parlamentində 6 nəfər erməni deputat var. Son illərdə Livanda vəziyyət pisləşib. Ona görə də ermənilərin bir çoxu ABŞ-a və Avropaya köçüb. Bu proses də Livandakı erməni icmasının zəifləməsinə səbəb olub.

“Mirrorspectator.com” vurğulayır ki, Livanda İrana bağlı “Hizbullah” şiə təşkilatı çox güclüdür:

“ABŞ süni şəkildə “Hizbullah”a qarşı sünnilərin siyasi blokunu yaratdı. Onları inandırmağa çalışdı ki, siz ərəblərin düşməni İrandır. Ancaq o faktdır ki, fələstinli ərəblər məhz İsrailin işğalı altındadır”.

Məqalənin müəllifi Edmond Y.Azadian yazır ki, Misir və Birləşmiş Ərəb Əmirlikləri zorla Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi anti-İran blokuna daxil edilib. Daha sonra isə Türkiyə bu sünni bloka qoşuldu.

Göründüyü kimi, bu iddia heç bir məntiqə sığmır.

Hər kəsə bəllidir ki, Türkiyə ilə adıçəkilən ərəb ölkələri arasında münasibətlər son dərəcə gərgindir. Hətta sünni amili də bu gərginliyi aradan qaldırmaq gücündə deyil. Ancaq erməni müəllif təkid edir ki, sünni ölkələrini Səudiyyə Ərəbistanı bir araya gətirməyə çalışsa da, bunu bacarmadı. Bu rol tədricən Türkiyəyə keçir.

Sayt yazır ki, iyunun 11-də aparıcı Nişan Ter-Harutyunyan keçmiş nazir Duyam Rahandan “Al-Jadeed TV”də verlişə qatılmışdı. Tele-aparıcı prezident Ərdoğan və Türkiyənin Livanın daxili işlərinə yaramaz müdaxiləsindən söhbət açdı. Dərhal Nişan Ter-Harutyunyana təhqiredici mesajlar daxil olmağa başladı. O həmin mesajlara sərt cavab verdi. Bir neçə dəqiqə sonra TV maşın karvanı ilə mühasirəyə alınmışdı. Toplaşanlar anti-erməni şüarları səsləndirməyə başladılar.

Bu olaya görə Livan parlamentinin üzvü ölkənin Daxili İşlər naziri ilə görüşdü. Livanın 3 erməni partiyası birgə bəyanat verdi.

“Sonucu dəfə ermənilər Livanda belə dözülməz münasibətlə 1982-ci ildə üzləşmişdi. Onda Livanda vətəndaş müharibəsi gedirdi. İsrailin Müdafiə naziri Ariel Şaronla birlikdə yəhudi ordusu Livan küçələrində addımlayırdı”.

Sayt hesab edir ki, o vaxtla müqayisədə indi vəziyyət daha pisdir:

“Livan ermənilərinin vəziyyəti getdikcə daha da pisləşir. Türkiyə Yaxın Şərdə getdikcə daha böyük rol oynayır, Türkiyənin güclənməsi Livanda da özünü aşkar şəkildə göstərir”.

Məqalədə cəfəngiyyat hesab oluna biləcək fikirlər də var.

Məsələn, müəllif yazır ki, Livandakı kürd qruplar ermənilərə dəstək təklif edirlər. Türkiyə İraq və Türkiyədə kürdləri qırır. Belə bir məqamda kürdlərlə yaxınlaşmaq Türkiyənin Livaiyaya müdaxiləsinə gətirib çıxara bilər. Bu isə ağıllı gediş sayıla bilməz.

Başqa bir misal: “Prezident Ərdoğanın bir planı var. Görünür ki, onun bu planının həyata keçməsinin qarşısını kimsə ala bilməyəcək. Ərdoğan bir neçə dəfə bəyan edib ki, Türkiyənin Orta Asiya türk dövlətləri ilə birləşməsinin qarşısında Ermənistan əngəl olaraq qalır. Türk dövlətlərinin birləşməsi ideyası Ənvər Paşanın da ən böyük arzusu idi”.

Məqalənin sonunda deyilir ki, Türkiyə Suriyadakı Kessab kimi erməni kəndlərini yer üzündən sildi, indi də Livandakı ermənilərə divan tutmağa hazırlaşır.

Digər Ermənistan saytı “massispost.com” bəhs etdiyimiz məqalə ilə səsləşən yazısında qeyd edir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ölkə parlamentində çıxışı zamanı bildirdi ki, Livan erməniləri ciddi çətinliklərlə üzləşib, Ermənistan dövləti buna laqeyd qalmaq fikrində deyil.

Elbəyi Həsənli, Sürix

https://mirrorspectator.com/2020/06/18/turkeys-ottomanist-ambitions-target-armenians-in-lebanon/

https://massispost.com/2020/06/turkish-ambitions-and-the-lebanese-armenian-community/

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930