Ermənistanın oliqarx müxalif liderinə türkdilli ölkələrin kommunistlərindən dəstək gəldi…
Bu günlərdə deputat toxunulmazlığından məhrum edilmiş və həbsi gözlənilən “Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx müxalifətçi Qaqik Sarukyana MDB respublikalarının kommunist partiyalarından dəstək gəlib.
Moderator.az xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, Ermənistan Kommunist partiyasının da daxil olduğu Kommunist Partiyaları İttifaqı- Sovet İttifaqı Kommunist Partiyasının mərkəzi şurası “eşşək” ləqəbli erməni deputata qarşı təzyiqlərlə bağlı bəyanat yayıb. Bəyanatda ölkədə tüğyan edən koronavirus epidemiyasına qarşı ciddi tədbirlər görmək əvəzinə, “qərbpərəst qüvvələrin fitvasıyla ölkədə vətəndaş qarşıdurması yaradacaq addımlar atan” Paşinyan hökuməti ittiham olunur.
Qeyd edək ki, 8 kommunist partiyası arasında türkdilli müsəlman ölkələrinin də kommunistləri var: Rusiya Federasıyası Kommunist partyası(KP), Belarus KP, Qazaxıstan KP, Qırğıızıstan KP, Ermənistan KP, Moldova KP, Tacikistan KP, eləcə də “xüsusi şəraitdə” çalışmağa məcbur olan digər keçmiş sovet respublikalarındakı kommunistlər”).
P.S. Azərbaycanın məşhur, " klassik" kommunist maskalıların başı rüşvət və korrupsiya bataqlığından çıxmağa qarışıb, yoxsa onlar mütləq erməni oliqarxa dəstək verərdi… Bəlkə də gizlincə verirlər də…
Sultan Laçın