“Köşəyə sıxışan Paşinyan oynadığı oyunların daha birini sınaqdan çıxarmaq istəyir”
Ermənistan artıq koronavirusa təslim olmağa hazırlaşır və işğalçı ölkənin səhiyyə sistemi çökməkdədir. Həra halda bu ölkədən gələn xəbərləri təhlil edərək asanlıqla bu nəticəyə gəlmək olar. Bəs, görəsən, Ermənistanda real durum necədir, doğrudanmı Paşinyanın etiraf etdiyi kimi ölkə fəlakətin astanasındadır? Bəlkə bu da xaricdən əlavə vəsaitlər cəlb etmək üçün ermənilərin növbəti oyunudur?
Müşahidələrini Moderator.az-ala bölüşən ermənişünas alim Qafar Çaxmaqlı da bu qənaətdədir ki, koronavirusla bağlı Ermənistandakı real durum rəsmilərin iddia etdeiklərindən fərqlidir və onlar bununla yenə də diqqəti özlərinə cəlb etmək niyyəti güdürlər:
"Ermənistanda başından bəri koronavirus olayından yenə öz məkrli məqsədləri üçün istifadə etmək cəhdləri olmuşdu. Və bunu Rusiya mətbuatı ifşa eləmişdi. Koronanın tüğyan elədiyi bir zamanda onların "seçki" oyunu oynadıqları da hər kəsə məlumdur. Şuşa rəzaləti də bu oyunun tərkib hissəsi idi və ermənilər ortada olan bu pandemiya fürsətindən maksimum yararlanmağa çalışdılar. İndi də oyun olduğu ortadadır. Ermənistan baş nazirinə yaxın mətbuat orqanları belə bir xəbər yaydılar ki, guya Paşinyan və ailəsi koronavirusa yoluxub. Bu da dünyanın diqqətini özlərinə cəlb etmək vasitəsi idi. Onu da oynadılar. İndi Ermənistanda "faciəli" durumdan bəhs edilir, Bu da yalandır. Əlbəttə, Ermənistanda koronavirusun olduğunu inkar etmirik, amma bu mövzuda yayılan xəbərlərin coğrafiyasına baxsaq, ermənilər onları daxilə deyil, xaricə yaymaqda maraqlı olduqlarından haqlı sual ortaya çıxır: Nədən bəzi mətbuat orqanlarının ermənicə versiyalarında gedən xəbərlər rusca və ingiliscə versiyalarından fərqlidir. İndi Paşinyan ağlayır, xaricdən yardım istəyir. Bu həm də ölkə iqtisadiyyatının çökmüş durumunu xilas etmək məqsədi daşıyır. Diasporadakı zəngin adamlardan hələ ki, bir reaksiya yoxdur. Erməni ekspertlərin fikrincə bu durum, yəni yoluxanların sayı bu intensivliklə artarsa, ölkəni böhran bürüyəcək. Bu isə Paşinyanın hakimiyyətdən getməsinə səbəb olacaq. Paşinyanın postunu tərk etməsi də ermənilərin növbəti bicliyinin işarəsidir. Burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların uzadılması və digər erməni milli maraqları dayanır. Tez-tez belə xəbərlərin yayılması da məqsədlidir. "Bu gün Litvadan 8 tibb işçisi və 3 mütəxəssis Ermənistana gələcək. Onlar həmçinin koronavirus testləri və digər zəruri tibbi ləvazimatlar gətirəcəklər. Ermənistan və Serbiya prezidentlərinin razılığı sayəsində tibbi ləvazimatlarla təchiz edilmiş ilk təyyarbu gün xüsusi uçuşla Ermənistana gəldi. Həftənin əvvəlində Fransadan bir qrup həkim Ermənistana gəldi və artıq koronavirus xəstələrini müalicə edən xəstəxanalarda fəaliyyətə başladı. Rusiyadan Ermənistana 50 həkimin gələcəyi gözlənilir". Dünya həkimlərinə müraciət edib onları Ermənistana dəvət etmək də siyasidir. İnanmaq istərdik ki, Ermənistanda durum belə çıxılmaz olsun. Amma görünən odur ki, köşəyə sıxışan Paşinyan oynadığı oyunların daha birini sınaqdan çıxarmaq istəyir".