01 aprel 2020-ci il vəziyyətinə Cəbrayıl rayonunda kənd təsərrüfatının vəziyyəti haqqında
Cəbrayıl rayonu üzrə 01 aprel 2020-ci il tarixə yazlıq əkinlərin cəmi 79,8 hektar təşkil etmişdir. Keçən ilin müvafiq dövründə isə 78,0 hektar olmuşdur. Keçən il yazlıq əkinlərin 19 ha tərəvəz, 31 ha kartof olmuşdur. Bu il isə 18,2 ha tərəvəz, 31,6 ha kartof, 8 ha texniki bitki olan şəkər çuğunduru və 22 ha yazlıq yonca bitkisi əkilmişdir. Beləliklə, keçən ilin müvafiq dövrünə nisbətən yazlıq bitkilərin əkini 2,3faiz artmışdır.
01 aprel 2020-ci il tarixə heyvandarlıq sahəsində qənaətbəxş vəziyyət olmuşdur. Belə ki, qeyd edilən dövrdə rayon üzrə 10778 baş iri buynuzlu mal-qara, o cümlədən 4192 baş inək və camış, 100053 baş qoyun və keçi mövcud olmuşdur.
01 aprel 2020-ci il tarixə mövcud olan mal-qaranın sayını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görərik ki, iri buynuzlu mal-qara 42 baş, o, cümlədən inək və camış 14 baş artmış, qoyun və keçilərin sayı isə 13083 baş azalmışdur.
Baxılan dövrdə rayon üzrə ət istehsalı 478 ton (dirı çəkidə), süd istehsalı 1905 ton, yumurta istehsalı 1248 min ədəd olmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 14 ton və ya 2,8 faiz azalmış, süd istehsalı 37 ton və ya 2,0 faiz, yumurta istehsalı isə 33 min ədəd və ya 2,7 faiz artmışdır.
Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi
S.Süleymanov