Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan üçün “kökə” dövrü bitdi, “qamçı”lar gəlir – Paşinyan hökuməti tələdə

İşğalçı ölkədə siyasi repressiyaların üç hədəfi; pandemiya düşmən ölkənin iflasını sürətlə yaxınlaşdırır; rusiyalı analitik: “Əgər bütöv cəmiyyət sayıqlayırsa, niyə onun rəhbəri də sayıqlamasın?..”

“Demokratik idarəçilik, şəffaflıq və plüralizm” şüarları ilə hakimiyyəti inqilabi yolla ələ keçirən, öz xalqına iqtisadi möcüzə vəd edib cənnət nağılları danışan Nikol Paşinyan, gözlənildiyi kimi, artıq siyasi repressiyalara başlayıb. Ermənistandan gələn xəbərlər ən əvvəl bu qənaəti formalaşdırır.

Baş nazir artıq onu tənqid edən, istefaya çağıran yeni müxalifətin də nazı ilə oynamır, yeri gələndə Qaqik Tsarukyanın timsalında bir oliqarx-deputatı məhz Baş Prokurorluğun təqdimatı ilə immunitetdən məhrum etdirib (parlament çoxluğu Nikol Paşinyan tərəfdarlarına məxsusdur) cinayət məsuliyyətinə cəlb etdirir. Tsarukyan böyük məbləğdə vergidən yayınmaqda, qanunsuz kazino işlətməkdə, bir sıra obyektləri qanunsuz özəlləşdirməkdə ittiham edilir.

*****

Bəs bu cinayətlər nə üçün məhz indi “inqilabçı” hökumətin yadına düşüb?

Birinci ona görə ki, Tsarukyan ötən həftə parlamentdə baş nazirin istefasını tələb eləmişdi. Bu isə xüsusən də pandemiya ilə daha acınacaqlı duruma düşən cəmiyyətin sərt qınaq obyekti olmuş Paşinyanın xoşuna gəlməmişdi. N.Paşinyan isə indi “bir güllə ilə bir neçə dovşan vurmaq” istəyir.

Əvvəla, Tsarukyanın həbsi ilə siyasi müxalifətdə, ümumən narazı toplumda xof yaratmağa, hamının gözünün odunu almağa çalışır. İkincisi, ölkə gündəmini özünə sərfəli səmtə dəyişdirməyə səy edir. Yəni iki il öncə, inqilab zamanı verilən və artıq tam fiasko olan vədlərdən ictimai diqqəti yayındırmaq niyyəti güdür. Nəhayət, üçüncüsü, Nikol bununla fəaliyyət, iş görüntüsü yaratmağa çalışır. Yəni guya ölkədə korrupsiyaya, qanunsuz biznes fəaliyyətinə qarşı güclü mübarizə aparılır.

Paşinyan: "Ermenistan ve Karabağ halklarının kabul etmeyeceği ...

Yeri gəlmişkən, dünən Paşinyan “Qeyri-qanuni mənşəli əmlakın müsadirə edilməsi haqqında” qanunun icrasını təmin edəcək tədbirlər siyahısının təsdiq edilməsi barədə qərar imzalayıb. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, bu barədə Nikol Paşinyan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Aydındır ki, Qərbdən də, Şərqdən də əli üzülən, islahat demaqogiyası iflas olan Paşinyan bu yolla həm də kasad büdcəni doldurmağa ümid edir. Amma əbəs yerə. Çünki “qatar” artıq gedib, şanslar, faktiki, itirilib. Tək səbəbə: problemlərin problemi olan Qarabağ düyünü bu iqtidar dönəmində də açılmamış qalır.

Ermənistan inqilab

Yerli və xarici siyasi təhlilçilərin şərh və rəyləri qənaətimizi gücləndirir.

*****

“Ermənistan hökuməti tələdədir və çıxış yolu tapa bilmir. Nikol Paşinyan hakimiyyət dövründə etdiyi səhvlərin badına gedəcək”.

Musavat.com-un məlumatına görə, bu barədə erməni siyasi təhlilçi Akop Köçəryan öz şərhində yazıb. Onun sözlərinə görə, baş nazirin cəmiyyəti manipulyasiya etmək istedadı Ermənistan hökuməti xilas etməyəcək.

“İnsanlar özünü aldanmış hiss edirlər. Onlar gözlədiklərini ala bilmədilər. Hökumət ilk ciddi imtahandaca iflas oldu. İndi Paşinyan öz uğursuzluqlarını malalamaq üçün günahkarlar axtarır. Artıq Ermənistanda hamı başa düşür ki, acınacaqlı vəziyyətdə olacaqlar. Ermənistan üçün pandemiya ən böyük bəlaya çevrildi və öz arxasınca təkcə cəmiyyəti yox, hökuməti də aparır. İnsanları artıq yaşayış və sağ qalmaq problemləri düşündürür. Hakimiyyət dəyişikliyinə bəslənən ümidlər sönməkdədir. Ermənistan böhran mərhələsinə girib. Bizi daha nələrin gözlədiyi məlum deyil. Həm iqtisadi, həm də sosial problemlər gündən-günə ağırlaşır”, – deyə erməni ekspert qeyd edib.

Paşinyan koronavirusa yoluxub

Öz növbəsində rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov hesab edir ki, Ermənistan iqtisadiyyatı artıq çöküb: “Daha Ermənistan üçün ”kökələr" yoxdur, yalnız “qamçılar” qalıb. Ona görə də təəccüblü bir şey yoxdur".

Sözünə davam edən təhlilçi deyib: “Bu gün Ermənistan 1930-cu illərin ikinci yarısındakı Sovet İttifaqını xatırladır. Nə vaxt ki, ölkədə bir-birinin dalınca üç ”Böyük təmizlənmə" dalğası baş vermiş, aqrar ölkə tələsik sənayeləşməyə səfərbərlik üçün hazırlanmışdı. İndi Ermənistanda da orta və kiçik biznesin, xalqın rifahı   hesabına dövlət büdcəsini artırmaq istəyirlər. Beləcə, tarix təkrarlanır. Konkret halda yalan hakimiyyətin siyasətinin tərkib hissəsidir. Bu, hətta yalan da deyil. Hazırkı hökumətin “bıçaq altına” (məcazi mənada) vermək istədiyi siyasi rəqiblərinə və müxaliflərə qarşı dezinformasiyasıdır. Paşinyana “Qarabağ klanı”ndan total korrupsiyalaşmış bir iqtisadiyyat miras qalıb. Ancaq iki illik hakimiyyəti dövründə o, iqtisadiyyatı Avropa modelinə uyğun qura bilmədi. Lakin əgər sən hərc-mərcliyi aradan qaldıra bilmirsənsə, o zaman ona başçılıq edib arxanca aparmaq zorundasan. Bunu da Paşinyan edir".

Analitikin fikrincə, Paşinyanın yalanı təbiidir, ona görə ki, erməni cəmiyyətinin modelinə söykənir. “Bu modelin qayəsini isə ”Böyük Ermənistan", “Armenoidlər – qədim dünyanın aristokratiyası”, “İsa Məsihin erməni kökləri” və digər cəfəngiyatlar və sayıqlamalar təşkil edir. İndi əgər bütöv cəmiyyət sayıqlayırsa, onda niyə onun rəhbəri də sayıqlamasın?"

Bu yerdə doğrudan da əlavə şərhə yer qalmır…


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930