Ermənistan artıq blokadadadır – Tevanyan
Ermənistan koronavirusa yoluxmaya görə regionda liderlik edir.
Axar.az xəbər verir ki, bunu erməni politoloq Andranik Tevanyan deyib.
Tevanyan hökumətin epidemiyaya qarşı tədbirləri uğursuzluğa düçar edərək, ölkəni fəlakət qarşısında qoyduğunu bildirib.
Ekspertin sözlərinə görə, hökumətin fəaliyyəti ucbatından son dövrlərdə Ermənistanın tərəfdaşları ilə münasibətləri ya pozulub, ya da dondurulub:
“Hətta Gürcüstanla da münasibətlərdə gərginlik yaranıb. Ermənistan hazırda blokadadadır. Hökumət koronavirusun imkan olduğunu deyəndə hakimiyyətin nəzarətdə saxlanması sistemini nəzərdə tuturdu. Fövqəladə vəziyyət hakimiyyəti əldə saxlamaq vasitəsidir”.