Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Koronavirusa məğlub olan Ermənistan… Azərbaycana da yenilmiş kimidir

Qarabağ müharibəsinin “qalibi” hamıdan imdad diləyir və dilənir, Bakı isə…; pandemiya ilə daha da taqətdən düşən işğalçıya Azərbaycan rəhm etməyəcək; politoloq: “Ermənistan həm də başqa xalqlara nifrəti təbliğ edən faşizm ideologiyasından əziyyət çəkir…”

Ermənistanda koronovirusla bağlı situasiya bölgə ölkələri arasında ən kritik olaraq qalır. Artıq orada ağır xəstələri yerləşdirmək üçün xəstəxana çarpayıları çatışmır. Son günlər bir çox xəstələr ümumi şöbələrdə həyatlarını itirib. Vəziyyətin acınacaqlı olduğunu nəzərə alan ölkənin Səhiyyə Nazirliyi beynəlxalq tərəfdaşlarına infeksiya ilə mübarizədə kömək üçün müraciət edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Daha əvvəl Litva və Gürcüstanın Ermənistana həkim və mütəxəssislər göndərəcəyi haqda xəbər yayılmışdı. Ən son məlumatlara görə, Ermənistanda 15 281 nəfərdə koronavirus aşkarlanıb. Əhalisi Azərbaycandan 3 dəfə az olan işğalçı ölkədə təkcə dünən yoluxanların sayı 612 nəfər olub. Baş nazir Nikol Paşinyan yaranmış durumu cəhənnəmə bənzədib və əhalini daha acınacaqlı duruma hazır olmağa çağırıb.

*****

“Bu gün Ermənistanda pandemiyanın nəticələri SOS siqnalı üçün əsas verir. Hətta Paşinyanın özünün də pandemiyaya yoluxması, ətrafının da bu xəstəlikdən əziyyət çəkməsi onu göstərir ki, ölkədə səhiyyənin inkişaf səviyyəsi, ümumiyyətlə pandemiya ilə mübarizə çox aşağı şəkildə qurulub”.

Bu sözləri azərbaycanlı politoloq Qabil Hüseynli bildirib (Teleqtaf.com). O qeyd edib ki, səriştəsizlik, proseslərə nəzarətsizlik pandemiya ilə mübarizədə ölkənin maddi-texniki bazasının çox zəif inkişaf etməsi ilə qırılmaz surətdə bağlıdır.

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara ...

Qabil Hüseynli

“Dünyanın bir sıra ölkələrinin, xüsusilə Rusiyanın mətbuatı Ermənistandakı bu səriştəsizlikdən və pandemiyaya qarşı mübarizədə səmərəli mübarizə metodunun tapıla bilməməsindən yazaraq vurğulayırlar ki, belə bir vəziyyət Paşinyan rejiminin süqutuna gətirib çıxara bilər. Hətta proqnozlar verirlər ki, üzü payıza doğru ölkədə vəziyyət daha da ağırlaşacaq və bu ağırlaşma təkcə pandemiya ilə bağlı olmayıb, həm də əhalinin maddi rifah halının pisləşməsi, ölkə iqtisadiyyatının çökməsi və bunun nəticəsində işsizliyin xeyli dərəcədə artması ilə müşayiət olunacaq. Bütün bunları nəzərə alaraq bildirilir ki, Ermənistan bu gün özünün ən ağır dövrlərindən birini yaşayır və bu ağır dövrün əsas səbəbkarlarından biri də gur bəyanatlarla hakimiyyətə gəlib sonradan heç bir şey bacarmayan səriştəsiz Paşinyan və onun ətrafının siyasətidir”, – deyə o vurğulayıb.

Politoloqun sözlərinə görə, bütün bunlar onu göstərir ki, təcavüzkarlığı, qonşu dövlətlərə qarşı müxtəlif təxribatları ilə öyünməyi bacaran ermənilər və onların siyasi elitası bəşəriyyəti sınağa çəkən pandemiya ilə mübarizədə tam səriştəsizlik və səbatsızlıq nümayiş etdirdilər: “Bununla da onlar öz xalqlarını istənilən vaxt güdaza verə biləcəklərini göstərdilər. Beləliklə, birmənalı surətdə demək olar ki, bu gün Ermənistan cəmiyyəti təkcə pandemiyadan deyil, həm də səriştəsiz rəhbərlikdən, həm də ölkədə başqa xalqlara nifrət təbliğ edən faşizm ideologiyasından və buna bənzər digər ”izm"lərdən əziyyət çəkir. Bütün bunlar bu xalqın nəhayət, ağlını başına yığıb öz yolunu düzgün müəyyənləşdirməsini tələb edir".

Onu da qeyd edək ki, son günlər xüsusilə Rusiya KİV-lərində Ermənistanda koronavirus pandemiyasının ağır fəsadlar törətməsi, hakimiyyətin səriştəsizliyi, bu ölkəni gözləyən dağa acınacaqlı nəticələr barədə materiallar dərc olunmaqdadır. Yazılarda “qırmızı xətt” kimi keçən fikir isə Ermənistanın artıq koronavirusa məğlub olmasıdır.

*****

Rusiya KİV: Ermənistan pandemiya qarşısında tam məğlub oldu

Beləcə, Qarabağ müharibəsinin “qalibi” Ermənistan “məğlub” Azərbaycandan fərqli olaraq, faktiki, uçurumun kənarındadır. Hər halda, bizdə vəziyyət pandemiyadan öncə olduğu kimi, indi də işğalçı ölkə ilə müqayisədə qat-qat yaxşı və tam nəzarət altındadır. Üstəlik, ac-yalavac, hamıdan imdad diləyən və dilənən Ermənistandan fərqli olaraq, Azərbaycan başqa ölkələrə imkanı daxilində maddi (tibbi) və maliyyə köməklikləri göstərir.

Bu, sözsüz ki, Azərbaycanın üstün iqtisadi-maliyyə potensialından xəbər verir. Yenə məhz bu potensialın hesabınadır ki, epidemiyaya rəğmən, Azərbaycan ciddi xərclər tələb edən genişmiqyaslı hərbi təlimlərə bir an belə, ara verməyib. Sonuncu belə təlimlər ötən ayın axırında keçirilib və İrəvanda ciddi təlaş yaradıb. Düşmən ölkə rəhbərliyi hətta öz qanuni ərazisində hərbi təlim keçirən Azərbaycandan vasitəçilərə şikayət də edib. Necə deyərlər, “Oğru elə bağırdı ki, doğrunun barı yarıldı”.

Ancaq belə səylər əbəsdir. Azərbaycan pandemiya ilə bir az da taqətdən düşən təcavüzkara qarşı humanistlik etməyə hazırlaşmır. Bu – yolverilməz və istisnadır. Çünki işğalçıya qarşı loyal olmazlar, əksinə, onu ilk fürsətdəcə cəzalandırarlar. Bakı da məhz belə bir fürsəti gözləyir – öncəliklə də Rusiya amilini nəzərə almaqla.

Əslində Ermənistan Qarabağ savaşını artıq uduzmuş kimidir. Gerçəkdən də, bu nə cür “qələbə”dir ki, o, erməni xalqına yalnız iztirablar gətirib və indi də cəhənnəm əzabı yaşadır?..

Koronavirusla mübarizədə Azərbaycan təcrübəsi: Hansı ölkələr ...

*****

“Ölkə iqtisadiyyatı fəlakətli vəziyyətdədir, insanların sosial durumu yaxşılaşmayıb, Qarabağ problemində isə Ermənistan üçün təhlükəli və dağıdıcı hadisələr baş verir. İrəvan Qarabağı itirir”.

Bunu “168 Jam”a açıqlamasında devrilmiş prezident Serj Sərksiyanın rəhbəri olduğu Ermənistanın Respublikaçılar Partiyasının rəsmisi, parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov deyib.

Ermənistanda koronavirus daşıyıcılarının sayı artdı - Report.az

Onun sözlərinə görə, koronavirus Ermənistana müharibə elan edəndən hakimiyyət epidemiya ilə mübarizə əvəzinə müxalifətlə mübarizə aparır. “Baş nazir Paşinyan ”Bir neçə qüvvə hökumətə qarşı kampaniya aparılması üçün koronavirusdan istifadə edir" deməklə yalan danışır. Məhz hakimiyyət pandemiyanı istifadə edir ki, öz kreslosunu qoruyub saxlasın. Koronavirusla mübarizəni uduzandan sonra baş nazir vəzifəsini tutan insanın müxalifətə müharibə elan etməsi utancvericidir", – deyə o, hakimiyyətə etiraz bildirib.

Bir neçə gün öncə isə Ermənistanın üç keçmiş baş naziri – Vazgen Manukyan, Hrant Baqratyan və Karen Karapetyan İrəvanda bir araya gələrək, ölkənin qarşılaşdığı böhran və ekstremal vəziyyəti müzakirə ediblər. Musavat.com-un erməni mediasına istinadən yaydığı xəbərdə deyilirdi ki, onlar ayrı-ayrılıqda Ermənistan dövlətini darmadağından (çöküşdən) xilas etmək üçün konkret addımları müzakirə ediblər. Belə ki, Karapetyan Rusiya, Baqratyan Avropa Birliyi, Manukyan isə Çinlə Ermənistanın qarşılaşdığı böhranı aradan qaldırmaq üçün danışıqlar aparacaqlar.

Bütün bunlar bir daha söyləməyə əsas verir ki, işğalçı ölkədə siyasi vəziyyət də, sosial-iqtisadi durum də həqiqətən gərgindir. Lakin nə üç sabiq baş nazir, nə də xarici ianələr və dilənmələr, həmçinin Rusiyanın özü Ermənistanı çöküşdən xilas etmək gücündə deyil. “Qalib” Ermənistanın tək nicatı qonşu Azərbaycan və Türkiyə ilə anlaşmaqdır. Həm də bacardıqca tez. Zaman təcavüzkara işləmir… 


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930