Paşinyan: İrəvanda siyasi koronavirus da yayılır
Koronavirus Ermənistanda bir sıra siyasi qüvvə və qrupların siyasi ölümünün səbəbi olacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Belə təəssürat yaranır ki, Ermənistanda fiziki koronavirusdan əlavə, siyasi koronavirus da yayılır. Məncə, bu bir sıra qrup və güclərin siyasi ölümünə səbəb olacaq. Siz tezliklə bunu görəcəksiniz. Bu güclər tam olaraq ölkənin siyasi və ictimai həyatından çıxacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Daşnaksütyun Partiyası parlamentin xüsusi iclasının keçirilməsi və bu iclasda koronavirusun yayılmasında səhvə yol verənlərin cəzalandırılmasını tələb edib.