Ermənistan koronavirusa qarşı dünyadan YARDIM İSTƏDİ
Ermənistan Səhiyyə Nazirliyi beynəlxalq təşkilatlardan koronavirusla mübarizə üçün yardım istəyib.
Ermənistan KİV-i xəbər verir ki, 14 669 yoluxmanın qeydə alındığı ölkədə ağır vəziyyətə olan bütün xəstələrə çarpayılar tapılmır. Bu səbəbdən ölüm sayı durmadan artır və 327-yə çatıb.
Bundan əvvəl, Litva və Gürcüstan həkim briqadalarını Ermənistana yardım üçün göndərib.