Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rəsmi Bakıdan Qarabağa çəkilən üçüncü yolla bağlı xəbərdarlıq

XİN rəsmisi: “Ermənistan bu ərazilərdə həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətinə görə cavab verəcək”; politoloq: “Bir raket zərbəsi Ermənistanın bu layihələrinin qarşısını almaq gücündədir”".

İşğalçı Ermənistan Azərbaycanın zəbt olunmuş ərazilərinə sayca üçüncü avtomagistral çəkir. 

 

“Yeni Müsavat” bununla əlaqədar erməni mediasına istinadən xəbər verir.

 

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan bu barədə özünün feysbuk səhifəsində də yazıb. Bildirib ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanla birlikdə işğal altındakı Zəngilan rayonuna gediblər və burada yol çəkilişini müzakirə ediblər. Bildirilir ki, Gorus-Xankəndi və Vardenis-Ağdərə yolundan sonra bu, Ermənistan və Qarabağ arasındakı sayca üçüncü yol olacaq. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, Qarabağda əkin sahələrinin böyük hissəsinə nəzarət edən Arutyunyan Zəngilanda arpa biçinini də izləyib. Arutyunyan Azərbaycanın Arazboyu ərazilərini Ermənistanın Gorus rayonu ilə birləşdirmək üçün yeni avtomagistralın çəkilməsinə hazırlıq getdiyini deyib. Bundan əvvəl Ermənistanı Qarabağla Gorus-Laçın-Şuşa-Xankəndi və Vardenis-Kəlbəcər-Ağdərə magistralları birləşdirirdi. İkinci yolu Ermənistan bir neçə il əvvəl istifadəyə verib. Üçüncü və artıq Arazboyu Cəbrayıl, Füzuli, Zəngilan rayonlarını Ermənistanla birləşdirən yolun çəkilməsi isə düşmən ölkənin həmin ərazilərdə qanunsuz məskunlaşmanı genişləndirmək, habelə münbit kənd təsərrüfatı torpaqlarını istismar etməkdir. Araik Arutyunyan “seçki kampaniyasında” həmin ərazilərdə məskunlaşma başladacaqlarını vəd edib.

 

Azərbaycanın bu yol çəkilişinin qarşısını hərbi yolla almaq üçün tamamilə legitim hüquqları var və Bakı  Ermənistan rəhbərliyinə bu barədə aydın mesaj vermək üçün hərəkətə keçə bilər.

 

Bəs rəsmi Bakının məsələyə reaksiyası necədir?

 

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Ölkəmizin işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yeni yolun çəkilişi, işğalçı ölkənin bu ərazilərdəki qeyri-qanuni fəaliyyətinin bir hissəsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət ilə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran fiziki və ya hüquqi şəxslər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar”. Xanım diplomat daha sonra əlavə etdi: “Ölkəmiz tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən qanunsuz fəaliyyət mövzusu mütəmadi əsaslarla aparıcı beynəlxalq təşkilatlarda qaldırılır, hətta bu xüsusda İslam Əməkdaşlıq Təşkilatı tərəfindən illik əsasda qəbul olunan qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətin dərhal dayandırılması və bu fəaliyyətə hər hansı şəkildə dəstək verilməsinin qarşısının alınması tələbi var. Digər hərbi işğal hallarında olduğu kimi, Azərbaycan ərazilərinin də işğalı müvəqqəti xarakter daşıyır və Ermənistan bu ərazilərdə həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətinə görə cavab verəcək”.

 

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın Qafan şəhəri ilə işğal olunmuş Xocavənd rayonunu birləşdirəcək bu yol əlbəttə ki, hərbi təyinatlı olmaqla yanaşı, Arazboyu ərazilərin məskunlaşmasına hesablanıb: “Minsk Qrupu formatı çərçivəsində danışıqlarda ətraf rayonların boşaldılması müzakirə olunursa, ”Yenilənmiş Madrid prinsipləri" üzrə danışıqlar davam edirsə, işğalçı ölkə bu yolu çəkməklə həll variantlarını qəbul etmədiyini və əraziləri boşaltmağa maraqlı olmadığını göstərir. Elə Ermənistan rəhbərliyi qeyd edir ki, danışıqlar masasında heç bir həll variantı qəbul etmir və özünün şərtləri var. Belə olan təqdirdə əlbəttə ki, Ermənistan işğal olunmuş əraziləri məskunlaşdıracaq. Ermənistan, ümumiyyətlə, Minsk Qrupu formatında ona görə maraqlıdır ki, bu format işğalın davam etməsinə zəmin yaradır. Bu format, Azərbaycanın yalnız öz ərazilərini boşaltmasının qarşısını alıb". Ekspertin fikrinsə, danışıqların getdiyi bir məqamda, ortada həll variantı varsa, Ermənistana bu imkan tanınmamalıdır: “Qafqan-Xocavənd yolu Azərbaycanın cənub tərəfdən hücumlarının qarşısını almaq üçün çəkilir. Görünür, Ermənistan bu istiqamətdə müdafiə xəttini möhkəmləndirir. Ermənistan üçüncü yolu çəkməklə, birbaşa bu ərazilərin Ermənistana birləşdirilməsini elan edə bilər. Faktiki işğal etdiyi ərazilərdə bu infrasturukturu qurmaqla həm də humanitar missiya adı ilə Azərbaycanın hücum taktikalarını önləməyə çalışır”.

 

Politoloq hesab edir ki, Ermənistanın Qarabağda infrastruktur layihələri reallaşdırmasına imkan verməmək üçün Azərbaycan artıq hərbi təzyiqlərə əl atmalıdır: “Bir raket zərbəsi Ermənistanın bu layihələrinin qarşısını almaq gücündədir”.

 

Qeyd edək ki, “Yeni Müsavat” işğalçı Ermənistanın beynəlxalq qanunlara və sülh danışıqlarına zərbə sayılacaq bu niyyəti barədə hələ ötən il məlumat vermişdi. Ermənistan mətbuatı yazırdı ki, ölkə hökuməti 2020-ci ildə Dağlıq Qarabağla Ermənistan arasında 150 km-lik yeni yolun çəkilişinə hazırlaşır. Ermənistanın bu addımları Azərbaycanı son varianta əl atmağa vadar edir. Qarabağa yolların çəkilməsi sıradan bir məsələ deyil. Azərbaycan Ordusu Naxçıvan istiqamətdən uğurlu hərbi əməliyyata keçirib Qarabağa aparan yolları nəzarət altına alır, lakin Ermənistan Qarabağa sayca üçüncü yol çəkir. Bu yollarla işğalçı orduya silah-sursat, hərbi texnika daşınacaq. Deməli, o yolların indidən hədəfə alınması lazımdır…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930