Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənilər İrəvan küçələrinə terrorçu “ASALA” maskalarında çıxdı…-FOTO

İşğalçı ölkə paytaxtında bir neçə erməni küçəyə dünyada, xüsusən türk diplomatlara qarşı onlarla terror hadisəsi  törətməkdə tanınan “ASALA”  terrorçularının rəmzi maskalarında çıxıb.

 

Moderator.az xəbər verir ki, bunu  əks etdirən görüntülər sosial şəbəkələrin erməni seqmentində “qürur”la paylaşılıb.

 

Polis İrəvan küçələrindən birində 1988-1994-cü illərdə Qarabağın işğalında da fəal iştirak etmiş terrorçu “ASALA” maskalarında gəzən iki dığanı saxlayır və guya cərimə yazır. 

Bu, əslində türk dünyasına – Türkiyə və Azərbaycana bir mesajdır ki, heç bir koronavirus-filan, heç bir maska ermənilərin əsl terrorçu simasını dəyişməyəcək… 

 

Bu fotoları müxtəlif dillərdə Ermənistanın  beynəlxalq terroru dəstəkləməsi faktı kimi  bütün dünyaya yaymaq gərəkdir….

 

 

Xatırlatma:

 

"ASALA" (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır.

 

"Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır.

 

Təşkilat 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, separat Fələstin dəstələrinin yardımı ilə yaradılıb . Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır  Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. "ASALA"-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. "ASALA" əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir".

 

 

"ASALA" 1975-ci ildə qurulmuş, həmin il Paris erməni konfransında "ASALA"-ya yerli qüvvələr qoşulmuşdur. 1981-ci ildə təşkilat zirvə nöqtəsinə çıxmış, ancaq 1983-cü ildə ikiyə bölünmüşdür.

 

1979-cu ildə təşkilata qoşulanlar arasında ən tanınmış simalar Alex Yenikomşiyan və Monte Melkonyandır.

 

1981-ci ildə bir çox terror hadisələri törədən "ASALA", bir tərəfdən İsveçrəni, digər tərəfdən isə Fransanı hədələməyə başlamışdır. Fransadakı bir çox qruplar, Kanadadakı "Azad Hay", İngiltərədəki "Kaytzer" qrupları "ASALA"ya qoşulduqlarını elan etdilər. Bu illərdə mərkəzdə artıq parçalanmalar başlamışdı.

 

İsrailin Beyrutu işğal etməsiylə "ASALA" bu səhəri tərk etdi. 1983-cü ildə ikiyə parçalandı:

 

Akop Akopyanın qrupu Yunanıstan və Fələstin ərazilərində yerləşmiş qoca, cavan, qadın, uşaq demədən öldürürlər. Ən dəhşətli terror hadisəsəini Fransanın Orli hava limanında həyata keçirmişdirlər.

 

Təşkilatın Qərbi Avropadaki qrupu isə "Asala İnqilab Hərəkatıdır". Bu qrup isə terror hadisələrini Türkiyə və Azərbaycanda həyata keçirirlər. Bu hərəkatın lideri isə Monte Melkonyandır. Onun ölümündən sonra liderləri Ara Torayan olmuşdur.

 

Akop Akopyan İsrail işğalından sonra "ASALA"-nın Livandakı 3 təlim düşərgəsini itirdiyini, Fələstinli idarəçilərin ASALA-nı arxadan vurmağa çalışdıqlarını Beyrut radiosunda yayımladı.

 

Akop Akopyan 1988-ci ildə Afinada öldürüldü. Bundan sonra parçalanmalar artdı.

 

"ASALA"-nın Yunanıstanın Eqina adasında gizli təlim düşərgələrinin olduğu bilinir. Burda PKK terrorçularına da təlim keçirildiyi və təlimlərə yunan generalı Matafiasln rəhbərlik etdiyi məlumdur. Bundan əlavə "ASALA"-nın Cənubi Kipr ordusunun nəzarəti altındakı Eyanapa bölgəsində bir düşərgəsi olduğu və düşərgədən Harout Aqbaçyanın məsul olduğu bilinir.

 

 

Sultan Laçın

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930