Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni lobbisi məmnundur: “Kanada Türkiyə və Azərbaycana daha silah satmır”

29 mayda (2020-ci il) “Global Affairs Canada” (GAC) təşkilatı Kanadanın Hərbi İxracı ilə əlaqədar illik hesabatını dərc edib. Hesabatdan məlum olur ki, 2019-cu il ərzində Azərbaycana Kanadadan hərbi ixraca icazə verilməyib. Bu barədə Kanadanın Erməni Milli Komitəsi (ANCC) ingilisdilli Ermənistan radiosu üzərindən məlumat yayıb.

Xəbərdə deyilir ki, 2017-ci ildə özəl Kanada şirkətlərindən biri Azərbaycana zirehli hərbi maşınlar satıb. Artıq ikinci ildir ki, Kanada Azərbaycanı hərbi mallar ixrac etdiyi ölkələrin siyahısına daxil etmir. 2019-cu ilin oktyabr ayında Türkiyənin Suriyada həyata keçirdiyi "Barış Pınarı" əməliyyatından sonra Kanada Ankaraya hərbi ixracatı qadağan edib və bu qadağa 2020-ci ilin aprelində bir daha yenilənib.

Hesabat dərc edildikdən sonra – 4 İyun 2020-ci ildə Kanadanın Erməni Milli Komitəsi Kanadanın xarici işlər naziri Fransua-Filipp Şampana (Francois-Philippe Champagne) məktub göndərib. Onlar hökumətin qərarını yüksək qiymətləndirdiklərini bildiriblər və Kanadanı həm Türkiyə, həm də Azərbaycan ilə silah ixracından çəkinməyə çağırıblar.

Kanadanın Erməni Milli Komitəsinin həmsədrləri olan Hrag Tarakdjian və Shahen Mirakianın imza atdığı məktubda deyilir: “Türkiyə və Azərbaycan özünə yaxın bölgələrdə və hüdudlarından kənarda ciddi hərbi təhlükə yaradır. Türkiyə Yaxın Şərqdə sabitliyi pozmaqda və yerli etnik azlıqların mövcudluğunu təhdid etməkdə davam edir. Azərbaycan isə hərbi hazırlığını ciddi şəkildə artırıb və daim Ermənistan Respublikasını hücum edəcəyi ilə hədələyir, "Artsax Respublikası"nda hərbi əməliyyatlara yenidən başlaya biləcəyini bildirir”.

Kanada erməniləri ümid edirlər ki, bundan sonra da Kanada Türkiyə və Azərbaycana silah satmayacaq.

Türkiyə və Azərbaycanı ağır müharibə çinayətlərində suçlayan ermənilər vurğulayıblar ki, onlar Kanada ilə Türkiyə və Azərbaycan arasında hərbi malların ticarətini izləməyə davam edəcəklər.

Əlbəttə, Kanadanın Türkiyə və Azərbaycana silah satmaqdan imtina etməsi o qədər də böyük faciə deyil. Ən azından ona görə ki, Kanada silah bazarında deyək ki, İsrail kimi xüsusi nüfuzu olan ölkə kimi tanınmır. Ancaq bu məsələdə önəmli olan odur ki, erməni lobbisi hər yerdə Türkiyə və Azərbaycanın əleyhinə yorulmadan iş aparır və müəyyən uğurlar da qazanırlar.

Təəssüf ki, Türkiyə və Azərbaycan olaraq bir ovuc erməninin Qərb ölkələrində apardığı anti-türk kampaniyasına müvafiq qaydada cavab verə bilmirik. Bunun səbəbi nədir?

Birincisi, Türkiyə və Azərbaycan lobbisi arasında münasibətlər arzuolunan səviyyədə deyil. İkincisi, bu iş mərkəzləşmiş qaydada həyata keçirilmir.

Bu barədə dəfələrlə yazmışıq. Təəssüf ki, bu kimi problemlərin çözülməsi üçün müvafiq orqanlar lazımı addımlar atmırlar. Bu işi məhz dövlət tənzimləməli və reallıqları nəzərə alaraq prosesə yön verməlidir.

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://en.armradio.am/2020/06/04/canada-stops-military-exports-to-azerbaijan-and-bans-arms-sales-to-turkey/

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930