Ermənistanda bir gündə 547 yoluxma: ölü sayı 190 oldu
Ermənistanda son sutka ərzində koronavirusa 547 nəfər yoluxub.
Bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Bununla koronavirusa yoluxanların sayı 12364-ə çatıb.
Son sutka ərzində koronadan ölənlərin sayı 7 nəfər artaraq 190-a yüksəlib.