Düşmən ölkə iyuldan 7,62 mm kalibrli “AK-103” avtomatlarının istehsalına başlayacaq…
İyulun birinci ongünlüyündən Ermənistanda “Kalaşnikov” avtomatlarının istehsalına başlanılacaq.
Moderator.az xəbər verir ki, bu haqda erməni mediasına istehsalçı şirkətin baş mütəxəssisi İqor Qordiyenko danışıb.
Şirkət Rusiyanın “Kalaşnikov” şirkəti ilə işğalçı ölkənin “NeytronQAM” qapalı səhmdar cəmiyyəti arasındakı razılaşama əsasında yaradılıb.
İlk dövrlərdə hərbi-sənayə zavodu 7,62 mm kalibrli “AK-103” (“AK-74” silahlarının 7,62 mm-lik tipi) markalı avtomat silahları istehsal edəcək. İlkin mərhələdə detallar Rusiyadan gətirilsə də, Ermənistandakı zavodda ”Kalaşnikov” avtomatları sıfırdan yığılacaq.
Məlumata görə, müəssisənin istehsal gücü ildə 10 minlərlə avtomat silah buraxmağa imkan verəcək.
P.S….
Sultan Laçın