Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Paşinyan da ölümcül virusa yaxalandı – “Bəlkə onu COVİD-19 devirə…”

“Məxməri” baş nazir özünü izolə etdi; məsələdə “Moskva izi” varmı? Paşinyan da ingilis həmkarı Boris Conson kimi reanimasiyaya düşsə, Qarabağ ətrafında situasiya necə olacaq, Ermənistanda əks-inqilabı koronavirus edəcək?..

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub. “Yeni Müsavat” xəbər verir ki, məlumatı dünən o, özünün Facebook səhifəsindəki canlı yayım zamanı açıqlayıb. Paşinyan koronavirus üçün ondan götürülən testin müsbət çıxdığını bildirib.

“Məndə heç bir simptom yox idi, amma səfərə getməli olduğum üçün test vermək qərarına gəldim. Bütün ailə üzvlərimin test nəticələri müsbət çıxıb. Aydındır ki, ailəm məndən yoluxub”, – deyə o qeyd edib.

Paşinyan onda hazırda heç bir simptomun müşahidə edilmədiyini söyləyib: “Məsələn, yüksək hərarətim yoxdur. Ancaq müşahidə lazımdır, çünki simptomlar istənilən an özünü göstərə bilər. Ətrafdakı yaşlı insanları yoluxdura biləcəyimdən narahatam”.

O, baş vermiş olayla bağlı təəssüfünü bildirərək, bundan sonra iqamətgahından işləməyə davam edəcəyini deyib. “Bizim strategiyamız əvvəlki kimi qalır. Biz koronavirus infeksiyası ilə birgə yaşamağı öyrənməliyik”, – deyə Ermənistan rəhbəri vurğulayıb.

Paşinyan işçi müşavirə zamanı ona stəkanda su verən ofisiantdan yoluxduğunu güman edir. “Bildiyiniz kimi, belə müşavirələr zamanı stola içində su dolu stəkanlar qoyurlar. Gördüm ki, stəkanı verən adam əlcəkdə deyil. Yerindəcə ona irad bildirdim və stəkanı dəyişməsini istədim. Stəkanı verən adama koronavirus diaqnozu qoyulub”.

Baş nazir çıxışında onu da deyib ki, ölkədə pandemiyanın artıq ikinci dalğası başlayıb.

*****

COVID-19: Armenian Government Approves Extending State Of Emergency

Qeyd edək ki, son məlumatlara görə, Ermənistanda virusa 9282 yoluxma halı qeydə alınıb, yoluxanlardan 131 nəfər ölüb. İşğalçı ölkə region ölkələri arasında əhali sayına nisbətdə COVİD-19-un ən sürətlə və ən çox yayıldığı ölkə olaraq qalır. Baş nazirin də virusa yoluxması isə əslində yeni bir situasiya yaradır. Hər necə olmasa, COVİD-19-a qarşı effektli peyvənd hələ tapılmayıb və virusa yoluxanlar arasında ölüm faizi digər virus infeksiyaları ilə müqayisədə kifayət qədər yüksəkdir.

Nikol Paşinyanın qəfildən koronavirusa yaxalanması, görünür, bu və digər səbəbdən Ermənistanda onu siyasi rəqiblərini, bütövlükdə isə sayı getdikcə artan narazıları ümidləndirib. Onu da unutmayaq ki, “məxməri” baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasında Rusiya da maraqlıdır. Əlbəttə, bu, heç də Paşinyanın yoluxmasında yüz faiz Moskvanın əli olması anlamına gəlmir.

COVID-19: 7 more people die in Armenia per day - Report.az

Bununla belə, bundan sonrakı prosesləri izləmək lazım gələcək – o cümlədən də Azərbaycana. Xüsusən də N.Paşinyan İngiltərə baş naziri Boris Conson kimi reanimasiyaya düşərsə, işğalçı ölkədə hansı proseslərin gedəcəyi, baş nazir səlahiyyətlərinin müvəqqəti də olsa kimə veriləcəyi, bütün bunların fonunda Dağlıq Qarabağ məsələsi ətrafında situasiya çox maraqlı olacaq. Hərçənd digər bir baş nazir – Rusiya hökumətinin rəhbəri Mixail Mişustin də COVİD-19-a yoluxmasına rəğmən, virusdan salamat qurtula bilib. Görək onun erməni həmkarı da bacaracaqmı?..

*****

“Baş nazir Nikol Paşinyan Ermənistanda koronavirus pandemiyasının ikinci dalğasının müşahidə olunduğunu deyib və bu, geniş müzakirə mövzusuna çevrilib. Fakt budur ki, Ermənistanda ikinci dalğa yoxdur. Bu, elə hakimiyyətin buraxdığı səhvlər nəticəsində böyük miqyas alan ilk dalğadır. Ermənistanda ikinci yoluxma dalğası daha sonra başlayacaq”.

Bu barədə Ermənistan KİV-lərinə açıqlamasında siyasi texnoloq Armen Badalyan deyib. Onun sözlərinə görə, reallıq belədir ki, karantin tədbirləri baş nazirin nüfuzunu xeyli zəiflədib və o, bundan sonra sərt rejimi yumşaltmaq qərarına gəlib.

COVID-19: Death toll hits 74 in Armenia - Report.az

“Adətən belə hallarda ölkə rəhbərliyi öz xalqından üzr istəyir və istefaya gedir. Ancaq bunun Ermənistanda baş verəcəyini düşünmürəm. Ona görə ki, baş nazir Paşinyan məcburiyyət olmasa, hakimiyyətdən imtina etməyəcək. Bu, yalnız onu qurduğu fraksiya dağılacağı halda baş verəcək. Sonuncu ehtimal daha çoxdur ”, – deyə erməni politoloq qeyd edib.

O, hakimiyyətin epidemiya ilə mübarizə aparmaqda deyil, yalnız hakimiyyətdə qalmağın maraqlı olduğunu deyib: “Çünki iqtidardan gedəcəkləri təqdirdə ən azı yaxın 20 ildə geri dönə bilməyəcəklərini anlayırlar”.

Armenian PM, Family Infected With Coronavirus(UPDATED)

Əlavə edək ki, Nikol Paşinyanın koronavirusa yoluxmasına sosial şəbəkələrin erməni bölümündə reaksiyalar da diqqət çəkib. Məsələn, istifadəçilər yazır ki, yalnız virus Nikolu baş nazir vəzifəsindən uzaqlaşdıra bilər.

“O, bütün Ermənistan vətəndaşlarını üzü aşağı yuvarlatdı, ancaq virus onu hətta ən güclü qorunan malikanədə belə yaxaladı”. Bunu isə istifadəçilərdən biri yazıb.

Etiraf edək ki, erməni cəmiyyətində hakimiyyətə qarşı münasibəti, ovqatı yaxşı ifadə edən bir statusdur. Deyəsən, Ermənistanda əks-inqilabı koronavirus edəcək…  


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930