Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Hitlerin bank hesabları, kolleksiyaları, iqamətgahları – hüdudsuz sərvətin sonrakı taleyi necə olub?

Onlar hansı zamanda və hansı məkanda yaşamalarından asılı olmayaraq, hamısı bir birinə bənzəyir. Mütləq hakimlik və daha böyük ərazilərə sahib olmaq iddiası, hədsiz dərəcədə özünəgüvənmə, aqressiya, kütləvi insan qırğınları və yeni münaqişə ocaqlarının yaranması ilə müşayiət olunan siyasi fəaliyyət, insanların azadlıqlarını məhdudlaşdıran rejim və s. bütün diktatorların siyasi fəaliyyətinin ana xətti olub. Bunlarla yanaşı, bütün diktatorlar var-dövlətə hərisliklərini də gizlədə bilməyiblər və zəngin maddi imkanlara sahib olmaq üçün bütün mümkün vasitələrdən istifadə ediblər. 

Tarixi faktlar sübut edir ki, bu günə qədər heç bir diktatorun var-dövləti özünə qismət olmayıb. Bu baxımdan onların son aqibətləri formaca fərqli olsa da, məzmunca eynidir.

Adolf Hitler də var-dövlətə, zəngin maddiyyata hərislikdə digər diktatorlardan geri qalmayıb. Onu Almaniya ictimaiyyətinə və dünyaya sadə həyat tərzi sürən bir şiyasətçi kimi təqdim etsələr də, bu məsələnin təbliği ilə Yozef Göbbels xüsusilə məşğul olsa da, əsl həqiqət tam fərqli olub.

Hitler ilk və qismən normal qazancını nitqləri ilə qazanıb. Nasist partiyasının iclaslarında, toplantılarda, mitinqlərdə və digər tədbirlərdə Hitler hər çıxışı üçün 200-300 marka alıb. Bu cür tədbirlərin ay ərzində davamlı olmasını nəzərə alsaq, gələcək fürerin aylıq qazancı mövcud dövrdə bank müdirinin aylıq gəliri ilə təxminən eyni olub. Onun digər qazanc yeri isə çıxışlarının mətninin çap olunduğu “Xalq şərhçisi” qəzetinin redaksiyası olub ki, partiya bu yazılara görə də Hitlerə aylıq qonorar ödəyib.

Artıq 1925-ci ildə Hitlerin şəxsi büdcəsi 26 min markaya “Mersedes” avtomobili almağa imkan verib. Vergi məmurlarının bu qazancın haradan əldə edilməsi ilə bağlı suallarına isə Hitler konkret cavab verib: “Pul kreditə götürülüb, nəqliyyat partiyaya məxsusdur və o, partiyanın işi üçün zərurudir…”

Qazancından narazı olmayan Hitler 1929-cu ildə Münxenin mərkəzində, şəhərin ən prestijli yerində sahəsi 320 kvadrat metr olan mənzil kirayə edib. Mənzilin aylıq kirayə haqqı 4200 marka olub. Müqayisə üçün qeyd edək ki, həmin ərəfədə Almaniyada çalışan profossorların illik maaşı təxminən eyni məbləği təşkil edib.

Hitler hakimiyyətə gəldikdən sonra ilk böyük qazancını müəllifi olduğu, həbsdə olduğu vaxt yazdığı “Mənim mübarizəm” (Mein Kampf) kitabından əldə edib. Bir neçə dəfə təkrar çap olunan kitabın satışından Hitler 8 milyon marka qazanıb.
Bundan əlavə, Hitler öz əksi olan şəkillərdən və markalardan da az pul qazanmayıb. Nəşriyyat və mətbəə qazanclarının məbləğini təxmini bilmək üçün bir fakt yetərlidir. Bu sahələrdən əldə etdiyi gəlirlərə görə, dolların bugünkü kursu ilə hesablasaq, Hitlerin 1 milyon dollardan bir az artıq vergi borcu yığılıb. Hitler bu məsələni də öz hakimiyyəti gücünə rahatlıqla həll edib. O, 1935-ci ildə bütün vergilərdən azad olunub, əvvəlki vergi borcları isə silinib. Beləliklə, Adolf Hitler Almaniyada bütün vergilərdən azad olunan yeganə şəxs sayılıb.

Hakimiyyətə gəldikdən sonra Hitlerin şəxsi büdcəsində kəskin zənginləşmə gedib. Reyxin maliyyə imkanları haqqında təsəvvür yaratmaq üçün bir faktı diqqətə çatdırmaq kifayət edər. Hitlerin şəxsi Berqxof iqamətgahında xidməti personalın sayı 1800 nəfər olub. İqamətgahın saxlanılmasını, personalın aylıq maaşını, bu iqamətgahda keçirilən qeyri-rəsmi görüşlərin, əyləncəli gecələrin və digər tədbirlərin xərclərini Hitler şəxsi büdcəsindən ödəyib. Bu məbləğ isə həmin dövr üçün kifayət qədər böyük vəsait sayılıb.

Ümumiyyətlə, Hitlerin nə qədər var-dövlət sahibi olduğu dəqiq müəyyənləşməyib. Ölümündən sonra aparılan araşdırmalar nəticəsində onun İsveçrə bankında 330 milyon dollar pulu aşkarlanıb. Ancaq bəzi versiyalara görə, digər xarici banklarda da onun külli miqdarda yatırımları olub.

Bundan başqa, Hitlerin dəyəri milyonlarla ölçülən 5 iqamətgahı və istifadə olunmayan böyük sahəli 50-dən artıq daşınmaz əmlakları da üzə çıxıb.

Fürerin zənginliyinin ən maraqlı hissəsi isə, 8 min ədəd qiymətli rəsm əsərlərindən ibarət kolleksiyası olub ki, mütəxəssislər bu kolleksiyanı qiymətləndirməkdə çətinlik çəkiblər.

Maraqlıdır, Hitlerin özünə qismət olmayan var-dövləti kimə qalıb?

Hitler 1939-ci ildə yazdığı vəsiyyətində gələcəkdə öz var-dövlətinin partiyaya verilməsini qeyd edib, onu da bildirib ki, partiya dağılacağı halda, ona məxsus olan hər şey dövlətə verilsin. O, həmin vəsiyyətdə öz doğmalarını da unutmayıb. Fürer özündən sonra sağ olan bacısı və vəfat etmiş bacısının iki övladının adını da qeyd edərək, məxsus olduğu var-dövlətdən onlar üçün də normal yaşayış şəraiti yaradılmasını vəsiyyətdə xahiş edib.

Beləliklə, fürerin İsveçrə bankında olan pulu Almaniyaya qaytarılıb. Rəsm kolleksiyasının bir qismi muzeyə verilib, digər qismi isə qanuni sahiblərinə qaytarılıb. Hitlerə məxsus daşınmaz əmlakın bir necəsi qohumlar arasında bölüşüdürülüb, digərləri yerli adminstrasiyaların balansına salınaraq müxtəlif təyinatlar üçün istifadə olunub.

Hitlerin görünməyən var-dövlətinin aqibəti isə bu günə qədər də qeyri-müəyyən olaraq qalır.

İlham Cəmiloğlu, Musavat.com

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?