Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Ermənilər məni iki dəfə öldürmək istəyiblər” – Qarabağ həqiqətlərini yayan afrikalı “İbo kardeş”

Onun əsl adı İbrahim Diavaradır. Amma Türkiyədə, elə Azərbaycanda əslən Afrikanın qərbindən – Seneqaldan olan İbo Diavaraya “İbo kardeş” deyirlər.

Çünki o həqiqətən qardaşlıq nümunəsi göstərərək həm Türkiyə, həm də Azərbaycan sevgisi ilə yaşayır. Xüsusilə “Qarabağ”a vurğun olan İbo kardeşlə yaxından tanış olmaq, Azərbaycan sevgisini öyrənməmək olmazdı.

Fransada doğulub orada yaşayan, tez-tez Türkiyəyə gələn İbo Diavara türk sevgisi, “Qarabağ” sevgisi ilə bağlı suallarımızı cavabsız qoymadı.


İbrahim Diavaranın Modern.az-a verdiyi kiçik müsahibəni təqdim edirik:

 

– Azərbaycana olan sevgini demək olar ki, böyük əksəriyyətdə maraq yaradır. Bu sevgi nədən qaynaqlanır?

 

– Azərbaycanı niyə sevirəm… Çünki ilk növbədə Parisdə türk mədəniyyəti ilə, türklərlə bərabər böyümüşəm. Biraz böyüdükdən sonra isə Azərbaycan haqqında eşidib bu ölkə haqqında maraqlanmağa başladım. Universitetə daxil olduqdan sonra türkologiya bölümünü seçdim və bundan sonra Azərbaycan sevdam başladı. Türkiyə və Azərbaycan demək olar ki, eyni millətə sahibdir. Boş-boşun “İki dövlət, bir millət” deyilmir. Həm Azərbaycanı, həm də Türkiyəni öz doğma ölkəm kimi görürəm. Türkiyədə olanda Azərbaycan diaspor təşkilatının üzvləri mənimlə çox yaxşı davranırlar. Onlar sanki öz ailəmdirlər və buna görə də özümü azərbaycanlı kimi hiss edirəm.

 

– Bəs indiyədək Azərbaycan sevgisi sizi ermənilərlə qarşı-qarşıya qoymayıb ki?


– Erməni diasporu ilə tez-tez sıxıntı yaşayıram, onlar mənə nifrət edir. Ermənilərin qondarma soyqırımını tanımıram, tanımayacam da. Qarabağ sevgisinə görə ermənilər məni iki dəfə öldürmək istəyiblər, amma istəkləri baş tutmayıb. Qarabağ Azərbaycandır! Həmişə bunu deyəcəm.

 

– Fransada erməniləri sevirlər…
 

– Hə, elədir. Fransada erməni lobbisi çox güclüdür. Həm də hər iki ölkə xristiandır, bir-birlərinə daha yaxındırlar. Amma mən var gücümlə Fransada Qarabağ həqiqətlərini çatdırmağa çalışıram. Bəzi dostlarım var idi ki, Azərbaycana qarşı sevgimi bildikdən sonra məndən uzaqlaşdı. Amma olsun, mənim öz prinsiplərim var.

 

– Azərbaycanın “Qarabağ” futbol klubunun formasında şəklinizi gördüm. Deyəsən azarkeşsiniz…
 

– Futbola baxmağı çox sevirəm. Türkiyədə “Qalatasaray” komandasını, Azərbaycanda “Qarabağ” klubunun oyunlarını maraqla izləyirəm. “Qarabağ” klubu çox tanınır, hər il bu komanda Avropada müxtəlif yarışlarda iştirak edir. Yəni komanda artıq Avropada da tanınır.

 

– Maraqlıdır, ümumiyyətlə Azərbaycanda olmusunuz?
 

– Bəli 2016-cı ilin iyul ayında Azərbaycana səfər etmişəm. 10 gün ölkənizdə qaldım, hər şey çox əla idi. Bakı, İsmayıllı, Qəbəlı, Lahıc və Şəkidə oldum. Azərbaycanlılar çox qonaqpərvərdirlər, mənimlə də səmimi davrandılar. Türk dilində danışanda çox təəccüblənmişdilər. Hətta sual da verdilər ki, “Qardaş, sən türksən?”. Yenidən Azərbaycanda olmağı istəyirəm. Təkrar səfər etmək planım var.

 

– Bir məsələ də bizə maraqlıdır. Azərbaycanı sevirsiniz, çox gözəl. Bəs azərbaycanlı xanımla necə, münasibət qurardınızmı?
 

– Mən türk dünyasına sevgi ilə böyümüşəm. Azərbaycan və Türkiyə mənim üçün hər şey deməkdir. Özümü azərbaycanlı kimi hiss edirəm. Azərbaycanlı xanımlar gözəl və mədəni olurlar. Amma indiyədək azərbaycanlı xanımla hər hansı münasibətim olmayıb. Qismət, hər şey Allahın əlindədir…

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar