İmamoğludan Azərbaycana TƏBRİK: “Ürəklərimiz hər zaman birlikdə atacaq”
Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
İmamoğlu özünün tvitter hesabında yazıb:
“Azərbaycan xalqının Cümhuriyyət Gününü təbrik edirəm. 102 il öncə Azərbaycan Demokratik Cümhuriyyətini elan edən dost və qardaş xalqımızla ürəklərimiz hər zaman birlikdə atacaq”.