İşğal altındakı Dağlıq Qarabağ bölgəsində COVİD-19-a yoluxanların sayı 38-ə çatıb
Azərbaycanıln işğal altındakı Dağlıq Qarabağ bölgəsində COVİD-19-a yoluxanların sayı 38-ə çatıb.
Ermənistan KİV-i xəbər verir ki, bu gün daha 4 nəfərdə koronavirus aşkar olunub.
Hazırda virusa yoluxan 38 nəfərdən 14-ü sağalıb. Koronavirus ən çox Qarabağın Laçın və Kəlbəcər ratonları ərazisində qeydə alınıb.