Ermənistanda bir gündə 4 nəfər koronadan öldü
Ermənistanda son sutka ərzində 289 nəfər koronavirusa yoluxub.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
“Ermənistanda koronavirusa yoluxanların sayı 7402 nəfərə çatıb. Daha 4 nəfər isə koronavirusdan ölüb. Hazırda ölkədə bu virusdan ölənlərin sayı 91 nəfərə çatıb”, – məlumatda qeyd olunub.