Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib.
Bu barədə Mehriban Əliyeva “Instagram” səhifəsində yazıb.
“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”, – Birinci vitse-prezident qeyd edib.