Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Milli Qəhrəmanlar: “Ermənistan açıq-aşkar bizə meydan oxuyur”

İşğalçı Ermənistan bu gün Azərbaycanın Şuşa şəhərində Qarabağ separatçılarına növbəti təxribat şousu keçirməyi planlaşdırıb. Saat 18:00-da Şuşadakı Mədəniyyət Evində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana“andiçmə mərasimi” düzənlənəcək. Ermənistanın baş naziri Nikol Paşinyanın da “mərasimdə” iştirak üçün Şuşaya gələcəyi  gözlənilir.

 

Ermənistanın işğal altındakı torpaqlarımızda növbəti təxribat etməyə hazırlaşması Azərbaycanda hiddət doğurub. Buna qarşı müxtəlif çağırışlar səsləndirilməkdədir.

 

Düşmənin növbəti təxribatının qarşısını almaq olarmı?

 

Modern.az-ın əməkdaşı bu sualla Milli Qəhrəmanlara müraciət edib.

 

Maşallah Abdullayev həm maddi, həm də fiziki baxımdan Ermənistanı məğlub edə biləcək gücdə olduğumuzu deyir:

 

“Bugünkü Ordu 90-cı illərdə olan Ordu deyil. Hazırda Azərbaycan Ordusu o illərdəki Ordudan 10 dəfə güclüdür. Biz nəinki Şuşanı, bütün Ermənistandakı torpaqlarımızı geri ala biləcək gücdəyik. Bu dəqiqə mənim yaşım keçsə də,  sağlığım yaxşıdır. Əgər indi desələr ki, müharibədir, onda döyüşməyə ilk mən gedərəm. Tək mən yox, bütün Azərbaycan tərəddüd etmədən Orduya qoşular. Bu dəqiqə bəzi icra başçılarının şəxsi büdcəsi Ermənistanın büdcəsindən çoxdur. Son dövrlərdə həbs olunan başçıların timsalında biz bunu gördük. Yəni həm maddi, həm də fiziki baxımdan biz Ermənistanı məğlub edə biləcək gücdəyik”.

 

 

Məhəmməd Həsənov deyib ki, Ermənistan “andiçmə mərasimi”ni Şuşada keçirməklə Azərbaycan tərəfində qıcıq yaratmaq istəyi güdür:

 

 

“Ermənistan sülh anlayışını dərk edə bilmir. Onlarla öz bildikləri dildə, müharibə dili ilə danışmaq lazımdır. “Andiçmə mərasimi”nin Şuşada keçirilməsi sadəcə təxribatdır, bunun başqa adı yoxdur. Onlar Azərbaycan Ordusunu bu yolla qıcıqlandırmağa çalışırlar. İstəyirlər ki, Azərbaycan Ordusu atəşkəsi pozsun, onlar da desin ki, bütün problemləri Azərbaycan başladır”. 

 

Ehtiram Əliyev təxribatın qarşısının alınması üçün tək yolun müharibə olduğunu deyib:

 

“Gənclərin, xanımların qarşısında başımız aşağıdır. Sabah, biri gün gənc nəsil bizdən Qarabağ hesabatı tələb edəcək. Təxribatın qarşısının alınması üçün tək yol müharibədir. Sülh yolu ilə, danışıqlarla erməni tərəfini yola gətirmək qeyri-mümkündür”.

Vahid Quliyev bəzi müsəlman ölkələrin mövcud vəziyyətə susmasından təəssüflənib:

“Danışıq şərtlərini, beynəlxalq qanunları pozmağa Ermənistan vərdiş edib. Bu gün Şuşada “andiçmə mərasimi”nin keçirilməsi əsirlərin dəyişdirilməməsi, işğal olunan torpaqların geri qaytarılmaması kimi separatçı hərkətlərdən biridir. Ermənistan açıq-aşkar bizə meydan oxuyur ki, “nə torpaqları qaytarıram, nə də danışığa gedirəm”. Ermənistan arxasında dayanan böyük qüvvələrə arxayın olaraq, bu separatçı hərəkətləri sistematik davam etdirir. Bu cür təxribatların qarşısını almaq üçün tək yolumuz Ordunu daha da gücləndirib torpaqlarımızı işğaldan azad etməkdir. Bu bizim haqqqımızdır, beynəlxalq qanunların yol verdiyi bir məsələdir ki, biz öz torpaqlarımızı düşmən tapdağından xilas edək. Çünki danışıqlar artıq 30 ildir davam edir və heç bir nəticə yoxdur. Bu da o deməkdir ki, həmsədr dövlətlər Ermənistana şərait yaradırlar ki, ermənilər o torpaqlarda möhkəmlənsin. Ermənistan da bilir ki, xristian dünyası onun arxasındadır, ona görə də əməllərindən əl çəkmir. Müsəlmanlar dövlətləri isə susub dayanıb. Bir neçə ölkə xaricində kimsə bizə dəstək göstərməyə qalxmır. Bütün müsəlman dövlətlər bir yerə yığılıb qanunun aliliyini ortaya qoymalıdır ki, işğal olunmuş torpaqlardan ermənilər çıxsınlar”. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar