Şuşa rayonunun 2019-cu il ərzində demoqrafik vəziyyəti haqqında
2019-cu il ərzində Şuşa rayonunun əhalisinin sayı 500 nəfər və yaxud 1.46 faiz artaraq 01.01.2020-ci il tarixə 34679 nəfərə çatmışdır. Hazırda rayonda əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər təşkil edir. Əhalinin 72.60 faizi şəhərdə, 27.40 faizi isə kənd yerlərində yaşayır.
Rayon əhalisinin 48.28 faizini, yəni 16743 nəfərini kişilər, 51.72 faizini, yəni 17936 nəfərini qadınlar təşkil edir və hər 1000 kişiyə 1077.8 nəfər qadın düşür.
Əhalinin 23.34 faizi 0-14 yaşda, 65.20 faizi 15-64 yaşda, 11.46 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər rayon əhalisinin 24.03 faizini təşkil edir.
2019-cu il ərzində rayonda 509 nəfər, gündə təxminən 2 körpə doğulmuşdur ki, onların da 56.38 faizini oğlanlar, 43.62 faizini isə qızlar təşkil edir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 0.7 artaraq 2019-cu ildə 15.3 olmuşdur. Doğulanların 49 nəfəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulmuşdur ki, buda diri doğulanların ümumi sayına nisbətən 9.7 faiz təşkil edir.
2019-ci il ərzində rayonda 146 ölüm, onlardan 79 nəfəri kişi, 67 nəfəri qadın, 197 nikah və 57 boşanma halları qeydə alınmışdır. 2018-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5.2-dən azalaraq 4.4 olmuşdur, nikahların sayı 6.1-dən 5.9-a qədər azalmış, boşanmaların sayı dəyişməmiş 1.7 olmuşdur.
Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, qan və qanyaradıcı orqanların xəstəlikləri, yenitörəmələrdən, həzm sistemi xəstəlilklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
2019-ci ildə hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlərdə baş verən ağırlaşmalar nəticəsində qadın ölümü baş verməmişdir.
2019-ci il ərzində Şuşa rayonuna daimi yaşamaq üçün gələnlərin sayı 148 nəfər olmuşdur ki, ondan 29 nəfəri kişi, 119 nəfəri qadındır. Şuşa rayonundan gedənlərin sayı 11 nəfər olmuşdur ki, onlardan 2 nəfəri kişi, 9 nəfəri qadındır.
Şuşa Rayon Statistika İdarəsinin rəisi
Anar Xəlilov