Şuşa ilə bağlı məktub BMT-nin rəsmi sənədi kimi dərc edildi
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin qurumun baş katibi Antonio Quterreşə Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı ünvanladığı məktub BMT-nin rəsmi sənədi kimi yayılıb.
Axar.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Tvitter səhifəsində yazıb.
Məktubda Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin mayın 8-də Azərbaycanın Şuşa şəhərini işğal etdiyi diqqətə çatdırılıb. Həmin məktub BMT Baş Assambleyasının sənədi kimi dərc edilib.