Ermənilər Azərbaycan səmasında yeni zərbə dronunu sınaqdan çıxardı…
Mayın 19-da Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin işğalçı “müdafiə ordusu” Ağdam şəhəri yaxınlığındakı “Tiqranakert” adlandırılmış Şahbulaq ərazisində yerləşən təlim poliqonunda “yerli mütəxəssislər tərəfindən hazırlanmış və modernləşdirilmiş pilotsuz zərbə uçuş aparatını” sınaqdan çıxarıb.
Moderator.az xəbər verir ki, qondarma rejimin qanunsuz “müdafiə nazirliyi» mətbuat xidmətinin yaydığı məlumata görə, “pilotsuz uçuş aparatı müxtəlif texniki vasitələrdən avtonom şəkildə fəaliyyət göstərir, yüksək idarəetmə və atəş qabiliyyətinə malikdir, texniki cəhətdən aparıcı ölkələrin oxşar aparatlarından aşağı səviyyədə deyil və asanlıqla idarə olunur».
“Qarşıdakı aylarda bu tipli pilotsuz uçuş aparatlarının kütləvi istehsalına başlanacaq, onlar Artsaxın müdafiə sistemində tam yerlərini tutacaqlar”- düşmənlərimizin yaydığı məlumatda belə deyilir
Azərbaycan səmasında yeni dronun sınaqlarını separatçı erməni “müdafiə ordusu”nun komandanı, general-mayor Calal Arutyunyan və digər yüksək vəzifəli işğalçı hərbçilər izləyib.
P.S. Nə olsun ki?.. Biz də Bakı səmasında kefimiz istədiyi vaxt atəşfəşanlıq təşkil edib uşaqlar kimi böyüklərin də başını qata bilirik…
Sultan Laçın