Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Afət Həsənova: Müharibə veterenlarına və şəhid ailələrinə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələr daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunur və şəhid ailələrinə dövlət tərəfindən göstərilən dəstək ən yüksək səviyyədədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu gün ölkəmizdə müharibə veterenlarına və şəhid ailələrinə dövlət qayğısı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: “Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər daim müharibə veterenlarına və şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərib. Məhz Ulu öndərin təşəbbüsü ilə “Şəhid adının əbədiləşdirilməsi haqqında” qanun qəbul olundu. Ulu öndərin əsasını qoyduğu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən bu uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər bu istiqamətdə görülən işlər Azərbaycan dövlətinin müharibə veterenlarına və şəhid ailələrinə göstərdiyi qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu təbəqədən olan insanlara hərtərəfli diqqət və qayğı göstərilir".

A.Həsənova vurğulayıb ki, indiyə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib: “Bu tədbirlər davamlı xarakter daşıyır və cənab Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində qeyd etdiyi ki, bu il 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaq və maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcək”.

Deputat əlavə edib ki, müharibə verteranlarının və şəhid ailələrinin minik avtomobilləri ilə təmin edilməsi də bu insanlara göstərilən diqqətin daha bir təzahürüdür: “Bildiyiniz kimi, indiyə qədər şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur”.

A.Həsənova qeyd edib ki, şəhid ailələrinə daha bir önəmli dəstək 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan ilk fərmanın şəhid ailələri ilə bağlı olması oldu: “Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tuturdu və bu istiqamətdə böyük məbləğdə vəsait ayrıldı və çoxlu sayda şəhid ailəsi bu vəsaiti əldə edib”.

Millət vəkili əlavə edib ki, bütün bu tədbirlərlə yanaşı, şəhid ailələrinə dövlət tərəfindən bir çox güzəştlər verilir: “Belə ki, şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı, Prezident təqaüdü verilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir. Görülən bütün bu işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin siyasətinin mərkəzində insan amili və onun rifahının dayandığını bir daha sübut edir”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar