Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Rusiya Dağlıq Qarabağı mavi örtüklü sinidə Azərbaycana təqdim etməyəcək” – HƏYASIZLIQ…

Qarabağın işğalı ətrafında bu illərdə sülh danışıqlarını aparan vasitəçi dövlətlər də, işğalçı Ermənistan da öz maraqlarını gözləyən siyasət yürüdüblər, Azərbaycan isə birbaşa öz marağından çox, bu dövlətlərin maraqların ətrafında fırlanan və öz yolunu hələ tapa bilməyən səyyah təsiri bağışlayır. İşğala məruz qalmış Azərbaycan beynəlxalq hüquqa əsaslanan haqqını hamıdan bərk səsləndirməkdənsə, bu beşlik xorunun içində ən zəif səs nümayiş etdirməklə hamını, hətta vasitəçiləri də heyrətləndirirlər. Beynəlxalq Böhran Qrupu isə təəccübünü belə gizlətmədən hesabatında açıq yazdı ki, “işğal yerlərində aparılan məskunlaşmaya qarşı Azərbaycanın laqeyd mövqeyi, artıq o yerlərdə yeni nəslin formalaşmasına gətirib çıxarıb və bundan sonra Azərbaycan reallıqla barışmalıdır”. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mils etiraf etdi ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonun qaytarılmasını  Azərbaycan  faktiki təbliğ etmir, əksinə Rusiyanın “bir sıra rayonlar qaytarılacaq” tezisini daha çox səsləndirir.  Doğru. Azərbaycan  zərərinə olan variantı daha çox səsləndirir, nəinki 7 rayonun işğalının aradan qaldırılmasını.

 

Azərbaycan XİN məlumat yayıb ki, nazir Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə video-konfrans formatında  görüş keçirib. Məlumatda yenə də “ Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” ifadəsi qeyd edilib. Bu terminin Ermənistanın işğalına bəraət qazandırdığını əvvəllər demişdik və birmənalı olaraq “ Qarabağın işğalı” terminin işlədilməsinin xeyrimizə olduğunu vurğulamışdıq.  Və ən əsası video-konfransda   keçirilən hərbi təlimlərlə bağlı Ermənistanın narahatlığı barədə danışılıb, həmişəki kimi  atəşkəsə əməl olunmaq müzakirə edilib. Yəni, düşmənin işğalından yox, işğaldan sonra ermənilərin narahat olmaması  üçün maksimum cəhd göstərilməsindən danışılıb. Ümumiyyətlə, ermənilərin istər Qarabağda, istərsə də Ermənistanda hansısa siyasi, mədəni, hərbi tədbirləri keçirməsindən öncə əsasən həmsədrlər,  ayrıca olaraq  Lavrov, ya da Patruşev  Azərbaycan tərəfinə xəbərdarlıq edir ki, təmas xəttində tam sakitlik olsun, düşmən tədbirini rahat başa vursun. İndi də mayın 21-də andiçmə mərasimi Şuşada keçiriləcək və həmsədrlər gülə-gülə, diplomatik dillə, pambıqla baş kəsə-kəsə  xəbərdarlıq edirlər ki, birdən qeyrət damarınız tutar, cəbhə xəttində kimsə göyə “vzrıvpaket” atar.., Araik Arutunyan bundan qəzəblənə bilər ki, Cıdır düzündəki tədbirimə xələl gətirdiniz. Olmaz. Bu da bu. 

 

 Üç gün əvvəl bizə yaxşı tanış olan, hər zaman Ermənistana simpatiyalarını açıq bildirən Stanislav Tarasov və “REGNUM”-n baş redaktoru Markedonov belə, Azərbaycanın Qarabağ siyasətindəki durğun mövqeyindən bezdiklərini ifadə ediblər. Baxın, 21 apreldə Lavrovun “münaqişənin mərhələli  həll planı” haqqında dediklərinə tərəflərin  reaksiyasını qeyd edən Stanislav Tarasov nə yazır:

 

“Qeyd etmək lazımdır ki, belə bir "xatırlatma"( mərhələli plan nəzərdə tutulur) həm Bakıya, həm də İrəvana aid olundu. Lakin ilk kəskin reaksiyanı Ermənistan  verdi.  Mnatsakanyan bildirib ki, mərhələli həll yollarına yanaşmalar 2014 və 2016-cı illərdə nümayiş etdirilib, "lakin onlar erməni tərəfi üçün qəbuledilməzdir" . Belə bir vəziyyətdə, Azərbaycan ərazilərin azad edilməsi və Dağlıq Qarabağın statusunun aydınlaşdırılması kimi məsələlərin həlli üçün prioritet kimi bəzi yenilikçi təkliflərlə çıxış edə bilərdi. Lakin Bakı bir addım da irəliləmədi, hər şeyi informasiya müharibəsi elementlərinə çevirdi, bir tərəfdən Yerevanı “münaqişənin həlli üçün Minsk qrupunun səylərini pozmaqda” ittiham etdi, digər tərəfdən güc tətbiq etməklə hədələdi. Belə  hərəkət taktikası yüz  il də ortaya qoyulsa  heç vaxt nəticə verməyəcək.

 

Buna görə də belə bir təəssürat  formalaşıb: Bakı nədənsə  belə hesab edir ki, kimsə, nə vaxtsa Dağlıq Qarabağı mavi örtüklü sinidə ona təqdim edəcək. Etməyəcək”.

 

Görün, iş o yerə çatıb ki, Azərbaycanın mövqesizliyi, Azərbaycanın susqunluğu Rusiya siyasətçilərini də dilə gətirir ki, bəlkə bir az qabağa durub, işğal olunmuş torpaqlarınızdan danışasız.

 

REGNUM-un redaktoru Markedonov da yazır ki, problemin həlli müzakirə olunmaq əvəzinə” faktiki  münaqişəni həll etmək işi , insidentlərin sayının azaldılması, hərbi əsirlərin mübadiləsi üçün mexanizmlərin tətbiqi və nəhayət atəşkəs rejiminin pozulmasının effektiv monitorinqi ilə əvəz edilmişdir”.  Buna, “vacibi qoyub sünnətə gedirik” deyirlər. 

 

 Əlbəttə, bu yazanlar Rusiyanın maraqlarını qoruduqlarını ifadə edirlər və təsadüfi deyil ki, son yazıda tərəflərin hərəkətsizliyini vurğulayıb bildirirlər: “ Qarabağın 1813-cü ildə əbədi olaraq Rusiya imperiyasının tərkibinə qatıldğını Moskva tərəflərə xatırlatmalıdır”.

 

Günümüzə bax, siyasətimizə bax, Qarabağ sanki ortalıqda qalan yiyəsiz əşyadı, biri də qıraqdan deyir ki, bax siz götürməsəniz, mən qoltuğuma vurub gedəcəm. 

 

İlham İsmayıl

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar