Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

QHT ictimai nəzarəti necə təmin edə bilər?

Əkrəm Bəydəmirli          

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı cavab vermək çətindir. Azərbaycan cəmiyyətində  QHT-lər haqqında, bu sahənin mahiyyəti ilə bağlı  fikirlər xeyli dərinləşib. Mövcud pandemiya şəraitinə baxmayaraq, dünyada gedən proseslər, ölkə daxilində  davam edən qaçılmaz islahatlar, kadr dəyişikliyi QHT sisteminin təmərkürləşməsini özündə ehtiva edir.

İctimai sektorun  bu vaxta qədər davam edən fəaliyyətinə  kölgə salmaq ədalətsizlik olar. Kimin necə düşünməsindən asılı olmayaq Azərbaycanda QHT-lərin bir çoxu  cüzi maliyyə ilə  kifayət qədər əhəmiyyətli işlər görüblər. Prezident yanında QHT-yə  Dövlət Dəstəyi Şurasının layihələrinə diqqət yetirsək  görərik ki, Azərbaycanda QHT-lər nə qədər fədakarlıq göstəriblər. Bəlkə də hər hansı  nazirliyin böyük məbləğdə vəsait hesabına görəcəyi işi  QHT-lər az bir maliyyə ilə icra ediblər. Hətta həmin layihənin hesabatı ictimaiyyətə təqdim olunub.

Lakin bu, sahədə çox ciddi problemlər qakmaqdadır. Niyə görə QHT ictimai nəzarəti təmin edə bilmir? Bunun bir sıra səbəbləri var. Bunlardan biri maliyyə çatışmazlığıdır. Əgər QHT  hər hansı dövlət strukturuna müraciət edərək bildirsə ki,  pul ver sənin fəaliyyətini monitorinq edim, ictimai nəzarəti təşkil edim, bu  normal  hal olmaz. Hətta QHT-nin  belə məqamda  ictimai nəzarəti necə təşkil edəcəyi ilə bağlı suallar yaranacaq. Bəs, onda bu vəsaitləri QHT haradan tapsın.

 

Bu gün QHT-nin davamlı maliyyələşmə məsələsi problem olaraq qalmaqdadır.

Pandemiyaya qədər çağdaş dünyada, xüsusilə, Avropa məkanında yardımlaşma, xeyriyyəçilik işi kifayət qədər  inkişaf etmişdi. Bəs,  həmin müsbət ənənələr bizdə niyə inkişaf etmir?  Bu məsələ üzərində  düşünmək lazımdır.

 

Biz qht təmsilçisi olaraq dəfələrlə “İctimai  iştirakçılıq haqqında” qanunu əsas tutaraq  bir çox nazirliklərə, özəl şirkətlərə əməkdaşlıq üçün məktubla müraciət etmişdik. Təəəssüf  ki, cavab məktubu  ala bilmirik.  Mənim  təklifim ondan ibarətdir ki,  bir çox sənədlərdə, o cümlədən  “İctimai  iştirakçılıq haqqında”  qanunda həm dövlət qurumlarının, həm də özəl şirkətlərin bu proseslərə necə cəlb olunması və qanunlara əməl etməyən hər hansı tərəfin məsuliyyəti  açıq  şəkildə göstərilməlidir. Xahiş, minnətlə deyil, qanunların icra mexanizminin tapılması ilə bu məsələni çozmək  olar.

 

 Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bu sahədə mövcud olan qanunları təkmilləşdirməklə bərabər  ən azından ictimai qınaq mexanizminin dərinləşməsi barədə düşünmək olar. QHT-lərlə fəal şəkildə əməkdaşlıq etməyən,  heç bir xeyiriyyə aksiyalarına qoşulmayan  özəl şirkətlərin, bəzi rəsmi qurumların etinasızlığı barədə ictimaiyyətə məlumatlar təqdim etmək lazımdır. Onu da  unutmaq olmaz ki, bu gün maliyyə  çevrəsini genişləndirməklə QHT-nin potensialından düzgün istifadə etmək  ən məqbul variantdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları dəfələrlə öz çıxışlarında ictimai nəzarətin təşkili ilə bağlı cəmiyyətə çağırış edib.

Dövlət başçısının  islahat kursuna, yeni qurulan idarəetmə modelinə dəstək olmaq, cəmiyyətdə şəffaflığa töhfə vermək, ictimai nəzarətin təşkil olunmasına davamlı şəkildə nail olmaq üçün  Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti təmərküzləşməlidir. Bu işin davamlı və effektli davam etməsi üçün QHT iqtisadiyyatı formalaşmalıdır.

 

 Müşahidələr onu göstərir ki,  ötən dövrlərdə  QHT sahəsinə kütləvi axın,  kim gəldi, necə gəldi təşkilat yaratması, bir sözlə “QHT bumu”  heç də  uğurlu variant olmayıb. Bəzi şəxslər qazanc götürmək məqsədilə  öz yaxınlarının, tanışlarının adlarına  xeyli sayda QHT  yaradıblar. Eyni şəxslərə məxsus olan  həmin təşkilatlar müxtəlif yerlərdən  maliyyə vəsaitləri əldə etsə də ortada ciddi nəticə və hesabatlılıq  görünmür.

 

Azərbaycan cəmiyyəti belə  QHT-lərdən  qurtulmalıdır. QHT-yə  Dövlət Dəstəyi Şurasının qrant müsabiqələrinə təqdim olunan  layihələrdə  layhənin peşəkar hazırlanması ilə  bərabər layihə rəhbərinin bütün  keyfiyyətləri nəzərə alınmalıdır. Elə insanlar var ki, onlar bir neçə  vəzifədə çalışırlar. Onların QHT-də çalışmağa zamanı yoxdur. Ancaq yenə həmin şəxslərin adlarını  qrant müsabiqəsinin qaliblərinin siyahısında görmək mümkündür.Təbii ki, heç kimə qadağa qoyub demək olmaz ki, sən layihə təqdim etmə və yaxud təşkilat yaratma. Ancaq hər şeyin  bir əndazəsi olmalıdır.

 

Yazılarımızda dəfələrlə bunu qeyd etmişik. QHT-yə  Dövlət Dəstəyi Şurası   səmərili iş görən və  görmək gücündə olan QHT-lərlə uzun müddətli tərəfdaşlığa start verməlidir. Yəni  Şura  tərəfindən həmin təşkilatlara müsabiqədən kənar  müxtəlif sahələr üzrə sifarişlər verilə bilər. Etibarlı tərəfdaşlar arasında bu çox normal hal olar. Unutmaq olmaz ki,  QHT sahəsinə yatırılan sərmayələr,  vəsaitlər bu sistemdə çalışan insanların varlanmasına deyil, bu, əslində  cəmiyyətin inkişafına,  dolayası ilə həmin  maliyyənin dövlət büdcəsinə  yenidən qayıdışına xidmət edir.

 

Yekunda mənim qənaətim belədir ki, Azərbaycanda  müxtəlif  beyin mərkəzləri, tədqiqatla məşğul olan rəsmi strukturlar  QHT sektorunun potensialını  düzgün dəyərləndirməlidir. Dövlətin yeni qurulan idarəetmə sistemində, ictimai nəzarətin təşkilində, informasiya müharibəsinin daha peşəkar səviyyədə davam etməsində  və digər sahələrdə  QHT sahəsində çalışan imanlı və dürüst insanların  intellektual potensialından faydalanmaq lazımdır. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar