Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Aleksey Fenenko: Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu

Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı keçirərək, bir çox açıqlamalar verib. Onun ən maraqlı açıqlaması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aid idi. Ermənistan liderinin sözlərinə görə, inqilabdan sonra (söhbət 2018-ci ilin yaz hadisələrindən gedir – red.) Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni sənədlər yoxdur, “köhnə sənədlərin hamısı isə rədd edilib, çünki onlar bizim üçün qəbuledilməzdir”.

Nikol Paşinyan məhz bu şəkildə bir neçə həftə əvvəl danışıqlar masasında mərhələli həll planı ilə bağlı sənədin olduğunu bildirən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ nizamlanması ilə bağlı açıqlamasına münasibət bildirib.

Tanınmış rusiyalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının mütəxəssisi, Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko Media.Az-ın bu məsələlərlə bağlı suallarını cavablandırıb.

– Baş nazir Nikol Paşinyan böyük mətbuat konfransı keçirdi və Ermənistanın Qarabağ tənzimlənməsi ilə bağlı bütün “köhnə sənədləri” rədd etdiyini bildirdi. Beləliklə, o, Rusiya Xarici İşlər nazirinin danışıqlar masasında bir planın olması barədə açıqlamasına münasibət bildirdi…

– Bunu dərhal Rusiyanın mövqelərinə zərbə adlandırmaq olar. Rusiya Federasiyası Qarabağ məsələsində vasitəçi olub və hələ də bu missiyanı davam etdirir. 2016-cı ildə məhz Rusiyanın vasitəçiliyi ilə Qarabağ tənzimlənməsinin yeni mərhələli planı barədə Sankt-Peterburq və Vyana sazişləri imzalanıb.

İndi məlum olur ki, Ermənistan rəsmi şəkildə Rusiyanın vasitəçiliyindən imtina edib. Bununla da Rusiya diplomatiyasını ciddi şəkildə pis vəziyyətdə qoyub. Bəli, Nikol Paşinyan əvvəllər də razılaşmanı hər şəkildə pozurdu, imtina edirdi, uzadırdı. Ancaq bu vaxta qədər Ermənistanın razılaşmalardan imtina etdiyini eşitməmişdik, bunu vurğulayıram. İndi bu baş verdi. Ermənistan Rusiyanın vasitəçiliyi ilə əldə olunan bütün razılaşmaların üstündən xətt çəkir.

– Bəs bundan sonra nə olacaq? İllərdir davam edən danışıqlar, güzəştlər sadəcə, sıfırlanacaq? Hər şey sıfırdan başlamalıdır?

– Bəli, belə çıxır ki, hər şey sıfırdan başlayır. Ermənistan Azərbaycana NATO-nun Yerevanla birlikdə olduğunu göstərmək üçün ABŞ və Fransanı bu prosesə cəlb edəcək. Eyni zamanda, bunu Rusiyaya da göstərəcək. Bu bir erməni strategiyasıdır.

Bundan əlavə, hesab edirəm ki, Nikol Paşinyan Qarabağ münaqişəsinin həllinə başlamamaq üçün ləngitmə taktikasını seçir. O, gah sazişlərlə razılaşır, gah razılıqların olmadığını bəyan edir. Eyni zamanda, sülh danışıqlarının davam etdirildiyi görüntüsünü yaradır.

– Bəs dünyanın bir çox ölkələri kimi iqtisadi böhran və koronavirus pandemiyası səbəbindən çətin vəziyyətə düşən Ermənistana bu sərf edirmi?

– Düşünürəm ki, Ermənistan tərəfi yaranan çətin iqtisadi vəziyyətə görə dəymiş ziyanı elə “millətçilik partlayışı” ilə ödəmək istəyir. Yəni, xarici problemlərin köməyi ilə insanları daxili problemlərdən yayındırmaq və bununla da, cəmiyyəti birləşdirmək arzusundadır.

– Başqa sözlə, “ümumi düşmən” təklif etmək…

– Bəli, tamamilə doğrudur. Bu, hələlik təbliğatla tamamlanacaq: guya Rusiya Ermənistana xəyanət edir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar