“Paşinyan Azərbaycanın maraqlarına xidmət edir”-Ermənistanin sabiq təhlükəsizlik naziri
“Bu da bizi arxayın salmaq üçün növbəti başqatma ola bilər…”
“Paşinyan barədə hər şeyi siyasi yox, hüquqi qiymət verərək yaydığım son bəyanatımda demişəm…”
Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu sözləri 1994-1995-ci illərdə Ermənistanın Milli Təhlükəsizlik naziri və prezidentin Qarabağ üzrə xüsusi nümayəndəsi olmuş David Şahnazaryan "Güzgü önündə" verilişinə verdiyi açıqlamada söyləyib. Erməni siyasi xadim açıqlamasındakı fikirləri Nikol Paşinyana qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işinin açılmasını tələb etdiyi bəyanatına istinad edərək söyləyib.
Xatırladaq ki, mayın 11-də yaydığı bəyanatda D.Şahnazaryan belə deyib:
“6 May 2020-ci il tarixində Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın Azərbaycanın Qarabağ danşıqlarında konstruktiv olduğu barədə rəsmi bəyanat həmin ölkənin Ermənistan Respublikasının ərazi bütövlüyü və xarici təhlükəsizliyinə qarşı düşmənçilik fəaliyyətinə, o cümlədən yeni müharibənin plan və məqsədlərini əsaslandırmaq və irəli aparmaq səyləri ilə Azərbaycana göstərilən beynəlxalq yardıma açıq siyasi və mənəvi dəstəkdir. Baş nazir Paşinyan bu açıqlaması Ermənistan Cinayət Məcəlləsinin 299-cu – dövlətə xəyanət maddəsi ilə tövsif olunan cinayətə uyğundur…”
P.S. İşğalçı ölkənin keçmiş Təhlükəsizlik nazirinin bu açıqlaması da bizi arxayın salmaq üçün növbəti başqatma ola bilər…
Sultan Laçın