Ermənistanda virusa yoluxanların sayı 3500-ü ötdü
Ermənistanda bu gün daha 146 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 1 nəfər virusdan ölüb.
Bununla da ölkədə infeksiyaya yoluxanların sayı 3 538-ə, ölənlərin sayı isə 47-yə yüksəlib.
Qeyd edək ki, Ermənistanda pandemiyaya yoluxanların 1 430-u sağalıb.