Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistanda bioloji silah mərkəzləri: Moskva və Pekin HƏRƏKƏTƏ KEÇDİ

Koronavirus pandemiyasının yayılmasından sonra ABŞ və Çinin qarşılıqlı “bioloji silah” ittihamları Ermənistandakı bioloji laboratoriyaların təhlükəsini aktuallaşdırıb.

Publika.az xəbər verir ki, Çin artıq rəsmi şəkildə məsələyə münasibət bildirib.

Bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın bəyanatını araşdırdıqlarını, ABŞ-ın post-sovet məkanında mövcud olan bir çox bioloji laboratoriyasının narahatlıq yaratdığını deyib.

“Bu, qonşu ölkələrin əhalisi üçün ciddi təhlükə yaradır. Yerli ictimaiyyət bu obyektlərin bağlanmasını tələb edir. Ümid edirik ki, ABŞ tərəfi məsuliyyətli mövqe tutacaq, beynəlxalq ictimaiyyətin narahatlığını qəbul edəcək və belə qorxuları aradan qaldırmaq üçün real addımlar atacaq”, – Gen Şuan bildirib.

Pekinin rəsmi mövqeyindən sonra Ermənistan mediası Çin-ABŞ qarşıdurmasının İrəvan üçün hansı nəticələrə səbəb olacağından yazır.

“Xüsusilə Çinin bu məsələdə Rusiyanın mövqeyindən çıxış etməsi Ermənistandakı ABŞ laboratoriyasının bağlanması üçün təzyiqlərin artacağı perspektivini yaradır”, – erməni jurnalist Mariam Qriqoryan yazır.

Erməni ekspert Suren Sarkisyan bildirib ki, Ermənistan Çinə bu laboratoriyalara giriş təklifi verə bilər: “Yalnız o halda bu obyektlərin təhlükə yaratmadığını göstərmək olar. Həmçinin, laboratoriyaya nəzarətin Ermənistana məxsus olduğuna inandırmalıyıq”.

Politoloq Yevan Poqosyan isə Ermənistan hakimiyyətini ittiham edir və qeyd edir ki, bu laboratoriyaların təhlükəsizliyinə ciddi riayət edilməlidir: “Əgər sən zəif dövlətsənsə və başqa ölkələr sənin ərazində laboratoriyalar yaradırsa, burada ilk təhlükə sənə qarşıdır və əsas günahkar da sənsən”.

Pandemiya ilə güclənən ABŞ-Çin qarşıdurmasının Ermənistandakı laboratoriyalara da təsir edəcəyi istisna deyil. Rusiya tərəfi dəfələrlə Ermənistandan bu mərkəzlərə giriş imkanı yaratmağı tələb edib. Hətta ötən ilin noyabrında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvan səfəri zamanı bu məsələ müzakirə olunmuşdu və Ermənistan tərəfi ilin sonuna kimi giriş imkanı yaradacağını bildirmişdi. Lakin bu, hələki baş tutmayıb. İndi Çinin də Rusiyanın mövqeyindən çıxış etməsi Ermənistanı çətin vəziyyətə salır.

Bu, laboratoriyalar ABŞ-a məxsusdur, Ermənistan “nəzarət bizdədir” desə də, Pentaqonun icazəsi olmadan obyektə giriş mümkün deyil. Belə vəziyyətdə Ermənistan Moskva-Pekin cəbhəsi ilə Vaşinqton cəbhəsi arasında sıxılmış vəziyyətdə qalacaq.

Ermənistanda ABŞ-a məxsus 3 laboratoriya var. Bunlar İrəvan, Gümrü və İcevan şəhərlərində yerləşir. Layihəni ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təhlükələrinin azaldılması üzrə agentliyi maliyyələşdirir. Ermənistan Kənd Təsərrüfatı Nazirliyinə referens-laboratoriyanın yaradılması məqsədi ilə 4,1 milyon dollar ayrılıb. Bundan başqa, 9,8 milyon Ermənistan Səhiyyə Nazirliyinə “nəzarət və xəstəliklərin profilaktikası üzrə Milli Mərkəz” adlanan laboratoriyanın təmiri üçün verilib. 1,7 milyon dollar isə hər iki müəssisə üçün yeni avadanlıqların alınmasına ayrılıb.

Mediada bu laboratoriyalarda virusların mutasiya olunması üzərində iş aparıldığı iddia olunur. Rusiya tərəfi də bu laboratoriyaların təhlükəsini rəsmi şəkildə açıqlayıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar