Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycan qadınının QƏHRƏMANLIQ DASTANI – Erməni əlinə keçməmək üçün…

Bir dəfə Qaratel Qazaxa gələndə qırmızı, göy, yaşıl rəngdə parçalar gətirdi, bunları bir-birinə tikdi, üstünə təbaşirlə ay-ulduz çəkdi. Dedi: "Ana, bu, Azərbaycanın üçrəngli bayrağıdır, biz də müstəqil dövlət olacağıq". Dedim: "Sən bu bayrağı harda qaldıracaqsan? Rus bizi qırar". Dedi: "Bu bayrağı meydanda mən özüm qaldıracam, ana".

Doğma elinə-obasına bağlı olan Qaratel son nəfəsinədək Vətəni üçün döyüşdü. Düşmən əlinə sağ keçməmək üçün son anda özünə atəş açan xanım döyüşçü əfsanəyə çevrildi.

Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. O, Bakı Ticarət Texnikumunu bitirdikdən sonra Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsində qiyabi təhsil alıb.

Bir müddət Bakıda, neft kəşfiyyatı idarəsində işləyir. 90-cı illərin ən gərgin günlərində doğma kəndinə qayıdır və elə ilk günlərdən könüllü olaraq ana torpağın müdafiəsinə qalxır. Azərbaycandan Ermənistana gedən yol Aşağı Əskiparadan keçdiyindən, nankor qonşular nəyin bahasına olursa olsun, bu mühüm strateji mövqeyi ələ keçirməyə çalışırdılar.

Qaratel 1990-cı ildə kiçik qardaşı Hümbətlə son dəfə meydanda rastlaşır. O, qardaşına Aşağı Əskiparada müharibə getdiyindən, ona ora getməyi məsləhət görür. Hümbət Qarabağa gedəcəyini deyir. O isə öz kəndlərinə gəlir və kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur. Qaratel döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu. Yemək çatmayanda, gedib bağlardan göy-göyərti yığıb bişirərdi ki, döyüşçülər ac qalmasın. Eyni zamanda səngərdə döyüşürdü.

1992-ci il iyunun 8-də ermənilər güclü hücuma keçdilər. Təqribən 30 nəfərlik özünümüdafiə dəstəsi düzəlmişdi. Hacımahmudova hərəyə bir avtomat və 2 ədəd qumbaraatan verilən, 28 nəfərlik dəstədə idi. Bütün çətinliyə baxmayaraq, dəstə ermənilərin hücumunu dəf edə bilmişdi.

İyunun 9-da yenidən gərgin atışma oldu. Düşmən mövqeyində Qaratelin adı tez-tez çəkilir, ona qarşı bəd əməl hazırlanırdı. Bu səbəbdən qardaşı və anası Teyyubə xanım nə qədər çalışırsa, Qarateli evə yollaya bilmir. "Qardaşım Məhəmmədin qəbrinə and içmişəm. Son nəfəsimə kimi vuruşacağam, qoymaram namərdlərin ayağı bu torpağa dəysin" – deyir.

İyunun 14-də erməni quldurları üç istiqamətdən Aşağı Əskiparaya hücuma keçirlər. Onlar Qaratelin başına pul qoymuşdular, hər nə cür olursa olsun, onu diri tutmaq istəyirdilər. Qaratel isə bunu bilə-bilə əsla çəkinmir, geri durmurdu. O, komandir Yaşar Qasımovun tağımında döyüşürdü. Fələməz deyilən mövqedə hər tərəfdən top və tank atəşinə tutulmuşdu. Qaratel Hacımahmudova komandirin çətin tapşırığını yerinə yetirmişdi. O, başqa səngərdən qumbaraatan mərmisini gətirmişdi. Düşmənlə Azərbaycan döyüşçülərinin qüvvəsi qeyri-bərabər olduğundan, hər an vəziyyət pisləşə bilərdi. Komandir Qasımov Hacımahmudovaya səngəri tərk etməsini, hətta kənddən çıxmasını əmr etsə də o geri çəkilmir, arabir mövqeyini dəyişirdi. O həmişə özündə zəhər gəzdirirdi, köynəyinin yaxalığına tikmişdi. Qaratel Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurur. Vəli Namazov isə kənd sakinləri ilə birgə əsir düşür.

Ermənilər eşitmişdilər ki, Qaratel əsir düşməmək üçün son anda güllə ilə özünü vurub. Bu mərd qadının hünərinə heyran qalan daşnaklar iki-bir, üç-bir gəlir, cəsur döyüşçüyə tamaşa edirdi. İyunun 26-da Qaratel Hacımahmudovanın cəsədi, Mərdan Əsgərovun, Şəmistan Əmiraslanovun, Surxay Məmmədovun və Alı Alıyevin cəsədləri ilə birgə, eyni zamanda əsir düşmüş kənd sakini Vəli Namazov erməni girovlarla dəyişdirilir. Ölümündən sonra prezident tərəfindən "Azərbaycan bayrağı" ordeni ilə təltif olunur. Qaratel subay idi. O, rəhmətə getmiş qardaşı Məhəmmədin üç uşağını böyütmüş, həyatını onlara həsr etmişdi.

Haqqında əsərlər yazıldı, filmlər çəkildi, Qazax Diyarşünaslıq Muzeyində xatirə guşəsi yaradıldı. Beləcə mərd, mübariz Qaratelin adı əfsanəyə döndü. "O, əsl qeyrət qalasıdır " – deyən Hüseyn Arifin sözləri dildən-dilə düşdü.

Sevinc Xanqızı

 

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar