Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Atəşkəsdən keçən 26 il – Düyünü çözülməyən Qarabağ münaqişəsi…

Bu gün Qarabağ müharibəsində atəşkəs rejimini təmin edən "Bişkek protokolu" adlanan sənədin qüvvəyə minməsindən 28 il ötür.

Bu müqavilənin əsas konturları 1994-cü il martın 18-də Moskvada cızılmışdı. Həmin gün Rusiyanın müdafiə naziri Pavel Qraçovun dəvəti ilə Moskvaya gedən Ermənistanın o zamankı müdafiə naziri Serj Sarkisyan və Azərbaycanın müdafiə naziri Məmmədrəfi Məmmədovla atəşkəsin martın 1-də dayandırılması barədə protokol imzalamışdılar. Ermənistan tərəfinin hücumları davam etdirməsinə görə həmin protokol martın 1-də qüvvəyə minmədi.

 

1994-cü il aprelin 9-dan 10-na keçən gecə Ermənistan ordusu Tərtər əməliyyatına başladı. Ağdam-Bərdə yolunu və Tərtər rayonunun mərtkəzini nəzarətə almaq istəyən Ermənistan komandanlığı uğurlu gedişat olarsa, Yevlaxa qədər irəliləmək xəyalına düşmüşdü. 1 aydan çox davam edən qanlı döyüşlər zamanı düşmən qüvvələri Tərtərin Talış, Madagiz, Seysulan kəndlərini, Ağdamın Güllücə, Orta Qərvənd, Şıxlar və Baş Qərvənd kəndlərini ələ keçirsələr də, Tərtərin rayon mərkəzini tuta bilmədilər.

 

Düşmən Tərtərin Qapanlı kəndinə daxil olsa da, Seysulan kəndinə qədər geri oturduldu. Müharibənin son hərbi kampaniyası təmas xəttində ciddi mövqe dəyişikliyi yaratmadı. Erməni tərəfi 2 mindən artıq hərbçisini itirərək, bütün hərbi potensialını tükətdi.
 

Müharibədən yorulmuş tərəflər daha sonra Moskvanın vasitəçiliyi ilə atəşkəs danışıqlarına başladılar.
 

1994-cü il mayın 5-də Azərbaycan və Ermənistan arasında "Bişkek protokolu" imzalandı. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, qondarma “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. Afiyəddin Cəlilovun sənədi imzalamaqdan imtina etməsindən sonra müqaviləni mayın 8-də Bakıya gətirən Vladimir Kazimov protokolun spiker Rəsul Quliyev tərəfindən rəsmi Bakının düzəlişləri ilə imzalanmasına nail oldu.

 

Protokolun bəndlərindən biri mayın 8-dən 9-na keçən gecə bütün tərəflər tərəfindən atəşkəsin dayandırılmasını nəzərdə tuturdu. Bundan sonra mayın 9-da Azərbaycanın müdafiə naziri Məmmədrəfi Məmmədov, mayın 10-da Ermənistanın müdafiə naziri Serj Sarkisyan müqaviləyə imza atdılar.
 

Mayın 12-də isə "Bişkek protokolu" qüvvəyə mindi.
 

Silahlar susduqdan sonra münaqişənin sülh yolu ilə həlli üçün addımlar atılmağa başladı.

Modern.az sülh danışıqlarının xronologiyasına yenidən nəzər salır.

 

1995-ci il martın 23-də Vyana konfransında ATƏT-ə Minsk danışıqlar prosesi çərçivəsində həmsədrlik institutunun yaradılmasına icazə verildi.

1996-cı il dekabrın 3-də ATƏT-in Lissabon sammitində bu təşkilata üzv bütün 54 ölkə (Ermənistan istisna olmaqla) Lissabon razılaşmasını imzaladı. Bu müqavilənin əsas prinsipləri Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağa isə Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verir, həmçinin, Dağlıq Qarabağa və onun əhalisinə təhlükəsizlik təminatı verir.


Növbəti ildə ATƏT-in Minsk qrupu münaqişə tərəflərinə yeni paket həllini təqdim etdi. Bu paket 2 razılaşmadan ibarət idi. İlk hissə hərbi əməliyyatların bitmə şərtlərini müəyyən edirdi, ikinci məsələ isə Dağlıq Qarabağın statusuna həsr olunmuşdu.


1997-ci ilin dekabrında isə Minsk qrupu konfliktin mərhələli həll planını irəli sürdü. Öncəki təklifdən fərqli olaraq, bu paketdə erməni hərbi birləşmələrinin ətraf 7 rayondan mərhələli şəkildə çıxarılması təklif olunurdu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti boyu ATƏT-in sülhməramlı qoşunları yerləşdirilməliydi. Dağlıq Qarabağın statusunu həll etmək üçün Azərbaycan-Ermənistan ortaq komissiyası yaradılmalıydı. Azərbaycan tərəfi təklifə müsbət cavab versə də, Ermənistan tərəfi Qarabağda yaradılmış qondarma rejimin təkidi ilə bu həll varinatına getmədi. Paket varinatın tərəfdarı olan prezident Levon Ter-Petrosyan hakim komandanın digər üzvləri ilə mübahisə edərək, istefa verdi.


Növbəti mərhələdə ATƏT-in Minsk qrupu Azərbaycan və Dağlıq Qarabağın eyni sərhədlər daxilində bərabərhüquqlu müttəfiq respublikalar olmasını təklif etdi. Bu dəfə rəsmi Bakı təklifin əlehinə çıxdı.
 

2001-ci il aprelin 3-7-si tarixlərində ABŞ-da Azərbaycan prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan arasında danışıqlar aparıldı.
 

2007-ci il noybarın 29-da isə İspaniya paytaxtında münaqişəni həll etməyə hesablanmış "Madrid prinsipləri" elan olundu. Bundan öncəki paket və mərhələli həll planlarının sintezindən yaranmış prinsiplər Azərbaycan tərəfinin müsbət cavabını almışdı.

 

Qarabağ müharibəsinin gedişində və "Bişkek protokolu" imzalandıqdan bir neçə il keçənə qədər Ermənistan rəhbərliyi Dağlıq Qarabağ ətrafındakı 7 rayonu sülh müqaviləsi çərçivəsində dərhal azad etməyə hazır olduğunu bəyan etmişdi. Amma növbəti illərdə Yerevanın maksimalist tələbələri artmağa başladı. Belə ki, strateji mövqeyi ilə seçilən Kəlbəcəır və Laçını əldə saxlmaq üçün erməni tarixçilər həmin ərazilərin “qədim erməni torpağı” olması barədə absurd çıxışlar etdilər.

 

Həmçinin, rəsmi Yerevan bölgənin su ehtiyatlarından, iqtisadi potensialından istifadə etmək üçün 2000-ci illərin əvvəllərində bölgədə süni məskunlaşdırma siyasətini həyata keçirməyə başladı.

Hazırkı mərhələdə danışıqlarda mövqeyi çətinləşən Paşinyan hakimiyyəti isə bu 2 rayonun azad olunması üçün Dağlıq Qarabağda referendumun keçirilməsini şərt kimi irəli sürür.


Amma rəsmi Yerevanın “status qarşılığında ərazi” prinsipi beynəlxalq hüquqda nəzərdə tutulmadığı üçün nə Bakı, nə də beynəlxalq birlik tərəfindən ciddi qəbul edilir.  Azərbaycanıln təklif etdiyi “ərazi qarşılığında təhlükəsizlik” prinsipi ilə hazırkı situasiyada sülhün əldəı olunması üçün ilk və əhəmiyyətli addım sayıla bilər. Münaqişənin doğurduğu humanst fəlakətin nəticələrini həll etmədən münaqişənin həlli qeyri-mümkündür. Ona görə də ətraf rayonların qaytarılması, məcburi köçkünlərin evlərinə dönməsi və Dağlıq Qarabağ ərazisində güc tətbiq etməmək barədə tərəflərin öhdəlik götürməsi ilə növbəti mərhələdə bölgənin yekun statusunun müəyyənləşdirilməsi ən real həll yoludur. Amma rəsmi Yerevan Dağlıq Qarabağın hüququ statsununu müəyyənləşməsini dərhal istəyir. Və bütün ziddiyyətləri bir dəfəyə – paket varinatda həll etməyi arzulayır.

 

2016-cı ilin Aprel döyüşləri "Bişek protokolu"nun faktiki olaraq qüvvədən düşməsi anlamı yaratmış və münaqişənin həllində yeni situasiya doğurmuşdu. Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli yenilənmiş "Madrid prinsipləri" əsasında Rusiya XİN rəhbəri Sergey Lavrovun adını almış sülh planı çərçivəsində aparılır. Amma rəsmi Yerevanın danışıqların həlli ilə bağlı ziddiyyətli və fərqli açıqlamalar verməsi sülhün əldə olunmasında ən ciddi problemə çevrilib.  

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar