Ermənistanın Rusiya ilə quru yolu yenə bağlandı
Hərbi Gürcüstan Yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün qapadılıb.
Axar.az xəbər verir ki, bu məlumatı Şimali Osetiya yayıb. Məlumata görə, yol yerli vaxtla 09:10-da qapadılıb. Yolun qapadılmasına səbəb Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi olub.
Qeyd edək ki, Gürcüstan Hərbi Yolu Rusiyanı Gürcüstan və Ermənistanla bağlayan yeganə quru yoludur.