Ermənistanda silahlı atışma baş verdi
Ermənistanın Ararat əyalətində silahlı insident baş verib.
Axar.az “Shamshyan.com”a istinadən xəbər verir ki, avtomatla silahlanmış naməlum şəxs istehsal daş sexinin ərazisinə daxil olaraq, Vedi şəhər sakini, 43 yaşlı Ş.Laertə tərəf bir neçə dəfə atəş açıb.
Məlumata görə, Laert atəşdən qaçmağı bacarıb. O, qapını ayağı ilə itələyərək bağlayıb. Bundan sonra silahlı şəxs yenidən bir neçə dəfə ona tərəf atəş açıb və qaçaraq gizlənib.
Hadisə yerinə Ararat vilayətinin hüquq-mühafizə orqanlarının rəhbərləri və istintaq qrupu gəlib.
Polis əməkdaşları və müstəntiqlər aydınlaşdırdılar ki, hadisə zamanı Ş.Laertin yanında digər şəxslər də olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.