Ermənistanda koronavirusdan ölənlərin sayı artdı
Ermənistanda son sutka ərzində koronavirusa 146 nəfər yoluxub.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Nəticədə koronavirusa yoluxanların ümumi sayı 3175-ə, son sutkada koronavirusdan ölənlərin ümumi sayı isə daha 3 nəfər artaraq 56-ya çatıb.