Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənilərin puç olan “məxməri” arzuları – müharibə “qalibi” səfalət və məyusluq içində

İnqilabdan keçən 2 ilin acı yekunu: Qarabağ ixtilafı kilid problem kimi qaldıqca işğalçı xalq qurtuluş tapmayacaq…

Erməni xalqının böyük ümidlər bəslədiyi “məxməri” inqilabdan iki il keçdi. Bu müddətdə baş nazir Nikol Paşinyanın işğalçı ölkəni Qərbə bölgənin “demokratiya adacığı” kimi sırıyıb ondan böyük siyasi və  iqtisadi dividendlər qoparmaq, üstəgəl, yeni müttəfiqlər hesabına Azərbaycan torpaqlarının işğalına əlavə tutaraq əldə eləmək üçün göstərdiyi cəhdlər, – guya demokratik dövlət işğalçı ola bilməz, – iflas oldu.

Qərbin siyasi və demokratiya paytaxtlarında “məxməri” baş naziri əməlli-başlı peşman etdilər. Ona birmənalı şəkildə “iki stul”da oturmağın mümkün olmayacağı və Qarabağ məsələsində konstruktiv mövqe tutmadan İrəvanın böyük maliyyə yardımı ala bilməyəcəyi anladıldı.

Artıq üçüncü ildir Ermənistanın demokratikləşməsi üçün Paşinyan hökuməti qarşısında Qarabağ şərtilə yanaşı, Rusiyadan tədricən uzaqlaşmaq tələbi qoyulur. Rusiyadan uzaqlaşmaq üçünsə Qarabağ məsələsində konstruktiv mövqe tutub konfliktin həllinə yardımçı olmaq, qonşu Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb sərt blokada rejimindən qurtulmaq lazımdır. Kremlin regionda vassalı və hərbi qalası olan, apardığı təcavüzkar siyasətə görə blokadada yaşayan Ermənistanda dərin iqtisadi və demokratik islahatların mümkün olmayacağı isə əvvəlcədən məlum idi. 

Təsadüfi deyil ki, mənzil-qərargahı ABŞ-da yerləşən “Freedom House” insan haqları təşkilatının “məxməri inqilab” ərəfəsində açıqladığı hesabatda Paşinyanın gözləntilərinə rəğmən, Ermənistan demokratik yox, yarım-avtoritar rejimli ölkələr sırasında yer alıb. Eyni zamanda işğalçı ölkədə məhkəmə sistemi ilə bağlı narahatlıq ifadə olunub. Hesabat müəllifləri son iki il ərzində Ermənistandakı dəyişikliklərə diqqət çəkərək yazırlar: “Ermənistan baş nazirinin qarşısında gözləntiləri doğrultmaq, etimadı qorumaq və demokratik normalara riayət etməklə korrupsiya sistemini dəyişmək kimi çətin vəzifələr durur”.

Yəni “məxməri” baş nazirin ikiillik siyasi “islahatları”na verilən qiymət belədir – köhnə sistem hələ də de-montaj olunmayıb, islahatlar baş tutmayıb. Bu, heç real da deyildi. Ona görə ki, Ermənistan kimi qeyri-müstəqil, iqtisadiyyatı tənəzzül içində, yoxsulluq səviyyəsi yüksək olan, habelə sanballı təbii qaynaqlardan və dünya okeanına çıxışdan məhrum, izolyasiya edilmiş və xaricə miqrasiya axını davam edən ölkədə buna nail olmaq – ot tayasında iynə axtarıb tapmaq qədər qəliz məsələdir. Artıq Ermənistanın siyasi və ekspert çevrələrində acı gerçəyi etiraf edirlər.

*****

“Həll olunmamış sosial-iqtisadi problemlər və sabaha inamsızlıq nəticəsində biz Ermənistan əhalisinin sayının azalmasının şahidiyik”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenianreport.com-da siyasi şərhçi Tevos Arşakyanın müəllifi olduğu yazıda deyilir.

Müəllif daha sonra yazır: “BMT özünün demoqrafik proqnozlarında daima Ermənistanı əhalinin fəlakətli şəkildə azalması xəbərdarlığını edir. Məsələn, ötən ilin iyununda təşkilat proqnoz vermişdi ki, 2100-cü il üçün Ermənistan əhalisi 2 milyon nəfərədək azalacaq. Bundan az sonra biz Nikol Paşinyanın BMT demoqraflarını yalana çıxarmaq cəhdinin şahidi olduq. Baş nazir 2050-ci ilədək ölkə əhalisinin 5 milyona çatdırmağın əsas hədəflərdən biri olduğunu söylədi. Ancaq öhdəlik götürmək bir şey, onu reallaşdırmaq isə ayrı şeydir”.

Bakupost.az - Azərbaycanlılar İrəvan küçələrində - Ermənistanı ...

Erməni müəllif ardınca hökumətin demoqrafik durumu yaxşılaşdırmaq yönündə səylərinin alınmamasnı Milli Statistik Xidmətin son hesabatına istinadən şərh edərək yazır: “Hesabata görə, 1 yanvar 2020-ci il üçün ölkə əhalisinin sayı 2 milyon 959 min nəfər olub ki, bu da 1 yanvar 2019-cu illə müqayisədə 5600 nəfər azdır. Yəni bu qədər sayda əhali azalıb. İlk baxışda böyük rəqəm deyil. Ancaq unutmayaq ki, bunlar rəsmi rəqəmlərdir. Acı təcrübədən isə bilirik ki, rəsmi rəqəmlər nadir hallarda reallığı əks etdirir. Səbəb təkcə o deyil ki, Ermənistanda hələ də ölüm faizi doğum faizini üstələyir, həm də odur ki, əhalinin xaricə miqrasiya tempi yüksək olaraq qalır. İnsanlar ”məxməri inqilab"dan sonra da ölkədən çıxıb getməyə davam edirlər, hərgah hökumət üzvləri ağzı köpüklənə-köpüklənə bizi inandırmağa çalışır ki, ölkədə məqbul həyat səviyyəsini təmin edə bilib. Guya son iki ildə yaxşı yaşamağa başlamışıq. Aydındır ki, bununla hökumət özünü sakitləşdirməyə çalışır. Əslində isə əsas problemlərin həlli uzaq görünür. Yoxsulluq və işsizliyin səviyyəsi hələ də yüksək olaraq qalır. Əksər sosial problemlər həll olunmamış qalır".

Məqalədə son iki ildə Ermənistandan köç edənlərlə bağlı situasiyanın kardinal şəkildə, mənfiyə dəyişdiyi də qeyd olunur: “Əgər əvvəlki illərdə yalnız iş tapa, özünü və ailəsini təmin edə bilməyənlər çıxıb gedirdisə, inqilabdan sonra həm də az-çox özünü təmin edən ailələr – burada evi, maşını, işi olanlar ölkəni tərk etməyə başladılar. Ona görə onlar çıxıb gedirlər ki, Ermənistanda özlərinin gələciyini və perspektiv görmürlər. Əfsus ki, konkret zaman kəsimində, lap elə uzaq perspektivdə Paşinyanın arzusu elə arzu olaraq qalacaq. Ona əhalinin inam-etimadı sarsılıb”.

*****

Əlavə edək ki, koronavirus pandemiyası Ermənistanın onsuz da ağır olan sosial-iqtisadi vəziyyətini daha da pisləşdirib. Pandemiyadan sonra indikindın də acınacaqlı durumda olacağı şübhə doğurmayan Ermənistandan kütləvi köçün tempi bir az da artacaq. Bunu proqnoz eləmək üçün siyasətçi və ya iqtisadçı olmağa lüzum yox. Bir sözlə, işğalçı xalqın “məxməri” arzuları, bütövlükdə həyatı büsbütün qaralıb, ümidləri puç olub. Regionun “tullantı ölkəsi” kimi Ermənistanda “qalib millət” böyük məyusluq yaşayır…


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar